Bərk Məişət Tullantllarının Yandırılması Zavodu 19 dekabr 2012-ci il tarixdən fəaliyyətə başlamışdır. Zavod istehsalat gücünə görə, Şərqi Avropa və MDB məkanında bu tipli ən iri zavod hesab olunur. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulmuş zavod 500 min ton məişət və 10 min ton tibbi tullantını zərərsizləşdirmək imkanına malikdir. Zavod hər biri 250 min ton olan 2 xəttdən və elektrik enerjisi istehsal edən turbindən ibarətdir. Bu zavodun fəaliyyəti tullantlların həcmini 10 dəfə, kütləsini isə 3 dəfədən çox azaltmağa imkan verir. Tullantıların yandırılması prosesi nəticəsində əldə ediləcək alternativ enerji kimi elektrik enerjisinin miqdarı ildə 231.5 min. kVt/saat enerjiyə bərabər olacaqdır ki, bu da 100 mindən çox evin enerji ilə təmin olunmasına imkan yaradır,
Zavodun asas ekoloji faydaları aşağıdakılardır:
• yanma zamanı tullantı üzvi va ya bioloji təhlükəli maddələrdən təmizlənir və bununla da onun həcmi 10 dəfə azalır;
• emissiyaların miqdarı və tərkibi Azərbaycan və Avropa Birliyinin ətraf mühit sahəsindəki ən sərt tələblərinə cavab verir,
• tullantılardan yaranan və yanma qazımn tərkibində olan bütün çirkləndiricilər 3 mərhələli effektiv yanma qazın təmizləmə sistemi vasitasilə tamamila aradan qaldırılır;
• çirkab suları yaranmır;
• bütün qoxular zavodda yanma zamanı məhv olur;
• ISO 14001, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən yaradılmış bütün dünyada geniş yayılmış ətraf mühitin idarəolunması standartlarına tam uyğundur.
Dostları ilə paylaş: |