Ft (L, K, N, İ) ≤ Ft+1 (L, K, N, İ)
Burada, Ft (L, K, N, İ –dayanıqlı inkişaf funksiyası;
L- əmək ehtiyatları;
K- yaradılmış kapital, istehsal vasitələri;
N- təbii ehtiyatlar;
İ- institusiya amili;
t=0,......,n – vaxt kəsiyi
3.Azərbaycanın davamlı inkişafa keçid konsepsiyası
Qeyd etmək lazımdır ki, davamlı inkişafa keçidin əsasını onun hüquqi bazası təşkil edir. Son dövrlərdə Azərbaycanda beynəlxalq qurumların çağırışına cavab olaraq əhalinin sağlamlığı, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii resurslardan rasional istifadə, alternativ və barpaolunan enerji manbələrinin sürətli inkişafı ilə bağlı 20-dən çox milli qanun, mühüm sənədlər qəbul edilmişdir. Bunların ən əsasları "Bitki mühafizəsi haqqında" (1996), "Əhalinin sağlamlığının qorunması haqqında" (1997), "Balıqçılıq haqqında” (1998), "Yerin təki haqqında" (1998), "Ətraf mühitin mühafizəsi haqqında” (1999), "Heyvanlar aləmi haqqında" (1999), "Ekoloji təhlükəsizlik haqqında" (1999), "Atmosfer havasının qorunması haqqında" (2001), "İcbari ekoloji sığorta haqqında" (2002), "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" (10.12.2002), "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" (2008) və s. qanunlar, “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və "Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair" Milli Proqramlar, "Hidrometeorologiyanın İnkişaf Proqramı”, "Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmamn qarşısının alınmasına dair", "Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı" Dövlət Proqramları, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006 - 2010-cu illər üçün Kompleks Tədbirlər Planı" və "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasıdır (2012).
Son 20 İl ərzində ölkəmizdə ətraf mühitin davamlı inkişafı və insan sağlamlığı sahəsində görülmüş ən önəmli işlər bunlardır:
•Əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşllaşdırılması məqsədilə 272 rayon yaşayış məntəqəsində 440 min əhalini içməli su ilə təmin edən modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır (2007 - 2014);
•Abşeron yarımadası ərazisində magistral avtomobil yollarının kənarında 300 ha, Bakı-Quba magistral yolunda 510 ha, Bakı - Qazax magistral yolu ətrafında 562 ha, Bakı Şamaxı magistral yolu ətrafında 263 ha, Bakı - Astara magistral yolu ətrafında 300 ha ərazidə ağac əkilmişdir;
•Salyan rayonu ərazisində Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün İnfrastruktur imkanları 20 min m3 olan, sutkada 1000 m3 gücündə avadanlığa malik zavod inşa edilmişdir;
•”Xəzər dənizinin çirklənmədən qorunması üzrə tədbirlər haqqında" Sərəncama uyğun olaraq, Abşeron yarımadasının Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı, Novxanı və Sumqayıtın 90 kilometrə yaxın sahilboyu ərazilərində ümumilikdə gündə 6400 m3 çirkab sutəmizləmə gücünə malik 17 stansiya istismara verilmiş, "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılmışdır;
•Azərbaycan Respublikaşı Prezidentinin "Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqatı ilə bağlı tədbirlər haqqında" (2008) Sərəncamına uygun olaraq Qafqazda ən yüksək dağlıq "Kompleks hidrometeoroloji və ekoloji tədqiqat elm Mərkəzi” yaradılmış, Bazardüzü - Şahdağ - Tufandağ ekosistemlərinin tədqiqi məqsədilə Mərkəzdə alternative enerji ilə işləyən 3 avtomat meteoroloji stansiya qurulmuşdur.
Davamlı inkişaf üzrə qəbul edilmiş vacib sənədlərdən biri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasıdır. Həyatımızın bütün sahələrini əks etdirən bu sənəddə ekoloji tarazlığın qorunub saxlanması, davamlı inkişaf məsələləri diqqət mərkəzində durur, son dövrlərdə "sürətlənən sənayeləşmə nəticəsində ekoloji tarazlığın pozulması”, Ermənistan tərəfindən işgal olunmuş Azərbaycan torpaqlarında aparılan ekosid siyasəti - bioloji müxtəlifliyin kütləvi sürətdə məhv edilməsi, ərazilərdə irimiqyaslı yanğınların törədilməsi, Azərbaycanın şirin su mənbələrinin Ermənistan tərəfindən kimyəvi, radioaktiv zəhərlənməyə məruz qalması, Metsamor AES-in nəinki ölkəmiz üçün, həmçinin bütün Qafqaz üçün böyük təhlükə mənbəyi olması narahatlıq doğurur.
Sənəddə, həmçinin, insan faktoru, ətraf mühitin menecmenti sahəsində strateji baxışlar və əsas prioritetlər (gender məsələləri, dayanıqlı soşial-iqtisadi inkişaf, biomüxtəlifliyin mühafizəsi, yanacaq kompleksinin zərərli təsirlərinin yumşaldılması, resurslardan, o cümlədən torpaq resurslarından rasional istifadə, qənaətli, tullantısız və təkrar emal, alternativ və tükənməz enerji mənbələrindən istifadə, az tullantılı və ya tullantısız texnologiyaların tətbiqi və s.) öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, bu gün artıq bu sahədə çox böyük işlər görülmüşdür.
Dostları ilə paylaş: |