2.İqtisadi inkişafda davamlı inkişaf
Davamlı inkişaf dedikdə indiki nəsillərin tələbini ödəyən gələcək nəsillərin tələbinin ödənilməsini təhlükə altına almayan inkişaf başa düşülür. Artıq XX əsrin sonunda dünya bu qənaətə gəldi ki, ətraf təbii mühiti mühafizə etmədən iqtisadiyyatın sonrakı inkişafı mümkün deyil. Eyni zamanda, iqtisadiyyatı inkişaf etdirmədən ətraf mühiti mühafizə etmək olmaz. İqtisadiyyatla ekologiyanın bir-biri ilə qarşılıqlı əlaqəsi yeni ekoloji konsepsiyanın əsasını qoydu. Bu konsepsiyanı inkişaf etdirmək məqsədilə 1992-ci ildə 180 döv1ətin iştirakı ilə BMT-nin dövlət va hökümət rəhbərləri səviyyəsində “Ətraf mühit va inkişaf” mövzusunda Beynalxalq Konfrans təşkil edildi.
Davamlı inkişaf mövzusu konfransın əsas qayəsi oldu. Bu termin ilk dəfə Qru Harlemin (Gro Harlem Brundtland) BMT-nin ətraf mühitin mühafizəsi və inkişafı üzrə Ümumdünya Komissiyasındakı məruzəsində yer aldı (1987). O, sivilizasiyanın inkişafının yeni modelinin - davamlı inkişaf modelinin qurulmasının zəruriliyini vurğuladı. Bu model indiki nəslin tələbatlarının ödənilməsində gələcək nəslin də hüquqlarını nəzərə alan tərəqqi və irəliyə doğru hərəkətini nəzərdə tutur. Modelə görə, sosial-iqtisadi və ekoloji məsələləri qarşılıqlı, balanslı şəkildə həll etməklə bu məqsədlərə çatmaq mümkündür.
Davamlı inkişaf aşağıdakı müddəalara əsaslanır:
1. İnsanların təbiətlə harmonik sağlam və məhsuldar həyata malik olmaq hüququnun olması;
Ətraf mühitin mühafizasinin inkişafın ayrılmaz tərkib hissəsi olması;
İndiki və gələcək nəsillərin əlverişli ətraf mühitə olan tələblərinin ödənilməsi;
Dünya xalqları arasında, hər bir ölkədə yoxsullarla varlıların həyat səviyyəsi arasındakı fərqin azaldılması;
Təbiəti mühafizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi;
Davamlı inkişafa uygun olmayan istehsal va istehlakın inkişafının dayandırılması;
7.Uzunmüddətli ekoloji problemlərin diqqətə çəkilməsi və qarşısımn alınması
8. Əhalinin təhsil səviyyəsinin yüksəldilməsi;
9.Ekoloji dünyagörüşün aşılanması.
Müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, ekologiya nazirlərinin çıxışları Konfransın işçi komitəsi tərəfindən dinlənildi. Komitə çərçivəsində problemlər üzrə 8 əlaqə qrupu yaradıldı; 1. maliyya resursları; 2. texnologiyaların ötürülməsi; 3. atmosferin çirklənməsi və iqlim dəyişmələri; 4. Biomüxtəliflik və biotexnologiyalar; 5. şirin şu resursları; 6. hüquqi instrumentlər; 7. institusional tədbirlər; 8. meşələrin mühafizəsi.
İştirakçıların nitqlərində, əsasən, aşağıdakı müddəalar xüsusi yer alıb:
I. Yeni qlobal inkişaf modelinin işlənib hazırlanmasının vacib şərt və mənəvi öhdəlik olması. Elə bir model ki, orada hər kəsin rifahı və ətraf mühitin mühafizəsi anlayışları eyni məna kəşb etsin.
2.Sosial ədalət olmayan cəmiyyətdə ekoloji təhlükəsizliyi təmin etmək mümkün deyil.
3.Bu yolda əsas problemlər aşağıdakılardır: a. inkişaf etmiş ölkələrdəki ifrat istehsal və ifrat istehlakın təsirilə Yerdəki həyatı təmin edən təbii sistemin dağılması; b. inkişaf etməkdə olan ölkə1ərdə əhalinin artım tempinin partlayış xarakterli olması; c. varlılarla yoxsullar arasında fərqin güclənməsi.
4.İqtisadi inkişafın sonsuz artımının proqres sayılmaması və buna yol verilməməsi. İnkişafda Olan ölkə1ərin əhalisi planet sakinlərinin 3/4 hissəsini təşkil etdiyi halda iqtisadi nemətlarin 1/3-dan istifadə edir. Bu disbalans ekoloji və iqtisadi dayanıqsızlığa səbəb olmaqla həm varlılar, həm də kasıblar üçün təhlükələr yaradır.
Davamlı inkişafın əsas prinsipləri aşağıdakılardır:
Ekoloji hüdudlar daxilində yaşamaq
Davamlı iqtisadiyyata nail olmaq
Uğurlu menecmenti təşviq etmək
Elmi nəticələr ilə hesablaşmaq
Guclu, sağlam və ədalətli cəmiyyət qurmaq
"Davamlı inkişaf" mürəkkəb anlayış olub özündə aşağıdakı müddəaları ehtiva edir
•Sosial bərabərlik (ədalət) əhalinin ərzaq mahsulları, səhiyyə, təhsil kimi müxtəlif və əsas tələbatlarının ödənilməsini prioritet məsələ hesab edir.
•İqtisadi effektivlik əhalinin rifahının artmasına xidmət edir. Buradakı əsas hədəflər iqtisadi inkişaf tempinə nail olmaq, bu tempi saxlamaq, gəlirləri artırmaq və yeni bazarlar əldə etməkdir. Qloballaşma iqtisadi tərəqqiyə yeni ahəng verdi.
•Ətraf mühitə qayğı (cavabdehlik) ekoloji sistemlərin funksiyalarının qorunmasına hörmətlə yanaşmağı tə1əb edir.
Baxmayaraq ki, davamlı inkişaf 150 parametr əsasında qiymətləndirilir, onların içərisində ən əsas 5 göstərici qeyd edilir: energetika və atmosfer havasının göstericiləri; su, materiallar və tullantllar; torpaq və bioloji müxtə1iflik; nəqliyyat va abadlıq; insan sağlamlığı və rahatlıqları.
İnsan cəmiyyətinin inkişafı limit həddinə çatmışdır. Bundan sonrakı siyasət artıq fərqli olmalıdır. Məsələn, qrzgın silahlanmalann qarşısının alınması nəticəsində əldə edilmiş vəsaiti ümumi kollektiv təhlükəsizlik məsələlərinə - ekoloji təhlükəsizlik problemlərinə yönəltmək mümkündür. Îstehsal olunan hər bir tapança, hərbi gəmi, hərbi raket ac va möhtac insanlardan vəsait deməkdir. Silahlanmış dünyada sadəcə pul xərclənmir. O, fəhlə əməyini, alim zəkasını, öz usaqlarının ümidlərini israf edir. "Biz sadəcə kənd təsərrüfatı və sənaye inqilabından sonra davamlı inkişafa keçid inqilabı etməliyik" - bu sözlər tanınmış ictimaisiyasi xadim, ekoloq Qru Brutlanda (Gro Harlem Brundtland) məxsusdur.
Problemlərin əksəriyyətinin planetar xarakterli oldugunun dərk edilməsinə baxmayaraq hər bir ölkənin öz milli maraqlarə mövcuddur. Ölkələr qlobal böhran şəraitində belə, bu maraqlardan imtina edə bilmir. Məsələn, iqlim va bioloji müxtəliflik haqqındakı konvensiyalar müzakirə edilərkən ABŞ nümayəndələri xüsusi mövqe tutdular. Çünki təklif edilən həll yolu onların dövlətinin iqtisadi maraqlarına zidd idi. Ístixana qazlarının emissiyasının azaldllması məsələlərində onlar AB ölkələri ilə deyil, ərəb ölkələri ilə həmrəylik nümayiş etdirirlər. Bunun əsas səbəabləri isə yuxanda qeyd etdiyimiz iqtisadi maraqların üstünlük təşkil etməsidir. Tədqiqatlar göstərir ki, Kioto Protokolu tətbiq edilərsə bu, istehsal qüvvələrinin zəifləməsinə, benzinin və elektrik enerjisinin, malların qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasına və nəticədə, iqtisadi inkişaf tempinin zəifləməsinə səbəb olacaq. Tullantı qazlarının miqdarının azaldılması bir çox zavodların müflis olması, nəticədə, işsizliyin artması və sosial sarsıntılarla nəticələnəcək. Məhz bu səbəbdən RF, Yaponiya və Yeni Zelandiya Protokolun müddəalarına əməl etmir, ABŞ isə ümumiyyətlə onu ratifikasiya etməyib. Onlar hesab edirlar ki, iqlimin qorunub saxlanmasına Kioto Protokolunda nəzərdə tutuldugu kimi, atmosferə atılan istixana qazlarının miqdarının azaldılması ilə deyil, müasir texnologiyaların inkişaf etdirilməsi ilə nail olmaq olar.
Bu tip ziddiyyətlərin həlli məqsədilə tarixi əhəmiyyətə malik 3 əsas sənəd qəbul edildi:
Ətraf mühit və inkişaf haqqında Rio Deklarasiyası;
Bütün növ meşələrin idarə edilməsi, mühafizəsi və davamlı inkişafının QIobal Konsensus Prinsipləri Haqqında Bəyannamə;
XXI-ci əsrin gündəliyi və ya Gündəlik 21.
Paralel olaraq İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyası və Bioloji müxtəliflik haqqında Konvensiya hazırlandı.
QIobal konsensus prinsipləri haqqmda Deklarasiya və Bəyannamə dövlətlərin davamlı inkişaf üzrə öhdəliklərinin əsas prinsiplərini elan etdi. Bu prinsiplər davamlı inkişafa dogru irəliləyişin mahiyyət və hədəflərini, milli və bəşəri maraqların razılaşdırılmasının zəruriliyini, dövlətin və əhalinin müxtəlif təbəqələrinin rolunu açıqlayan tövsiyə xarakterli 27 prinsipdən ibarətdir. Burada insanların təbiətlə harmonik münasibət şəraitində sağlam və məhsuldar həyat hüququna malik olduqları, lakin gələcək nəsillərin də bu hüququnun qorunmasının vacibliyi, davamlı inkişafin ümumi inkişafin tərkib hissəsi oldugu, dövlətlərin ekosistemlərin saglam1ığı və tam1ığı ugrunda əməkdaşlıq etdikləri, davamlı inkişaf prosesində qadınların iştirakının vacibliyi və s. müddəalar səsləndirilir. Deklarasiyada həmçinin beynalxalq elmi əməkdaşlığın, elmi tədqiqatların nəticələrinin istifadə edilməsi və yeni texnologiyaların təşviqi məsələləri də qeyd edilir.
24-cü Prinsip müharibələrə həsr edilmişdir. Burada deyilir: "Müharibə istər-istəməz davamlı inkşaf prosesinə dagıdıcı təsir edir. Ona görə də dövlətlər silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsini təmin edən beynalxalq hüquq normalanna hörmət etməli, ehtiyac olarsa, bu hüququn sonrakı inkişafı üçün etməlidir".Təəssüflə qeyd etmək lazımdır ki, qonşu Ermənistən Respublikasının Azərbaycan torpaqlarına təcavüzü və işğalı nəticəsində ölkəmizin təbii sərvətlərinə də həddən çox ziyan dəymişdir.
Rio Deklarasiyasının digər mühüm cəhəti odur ki, burada ilk dəfə olaraq dünya inkişafının və ətraf mühitin mühafizəsinin bir-biri ilə bağlılığı və ayrılmaz olduğu elan edildi, Deklarasiyada, həmçinin, ətraf mühitin mühafizəsi fəaliyyətinin və davamlı inkişaf konsepsiyasının reallaşdırılmasının dövlət siyasəti və beynəlxalq siyasət səviyyəsinə keçirilməsinin zəruriliyi qeyd edildi. Lakin əsas strateji proqram sənədi Gündəlik 21 sənədi oldu (1992).
Gündəlik 21 - ətraf mühit və inkişaf haqqında Deklarasiyanın əsas hədəflərinə həsr edilmiş sənəddir. Bu sənəd sivilizasiyanın XXI əsrin astanasında üzləşdiyi problemlərin həllinə, dünya ictimaiyyətinin hazırlanmasına yönəlmiş super proqramdır. XXI əsrin gündəliyi bəşəriyyətin tarixdə özünün həlledici dövrünü yaşadığını qeyd edir. Təbiətlə sivilizasiyanın inkişaf səviyyəsi arasındaki ziddiyyət özünün ən yüksək həddina çatmışdır. Sənəd 500 səhifədən, o cüm1ədən 4 hissə, 40 bölmədən ibarətdir.
Birinci hissə sosial və iqtisadi aspektlərdən bəhs edir. Buradakı bölmələr yoxsulluqla mübarizə, istehlak strukturunun dəyişdirilməsi, əhalinin artım dinamikası, insan sağlamlığının mühafizəsi və s. məsələlərə həsr edilmişdir.
İkinci hissə resursların mühafizəsi və rasional istifadəsi məsələlərini araşdırır. Burada atmosferin mühafizəsi, torpaq resurslarından istifâdə, meşəsizləşma, səhralaşma və quraqlığa qarşı mübarizə, dağ rayonlarının mühafizəsi, kənd təsərrüfatı, bioloji müxtəlifliyin mühafizəsi, biotexnologiyadan təhlükəsiz istifâdə, dənizlər və dəniz canlılarının mühafizəsi, içməli suyun keyfiyyətinin qorunub saxlanması, toksiki və təhlükəli məhsulların qanunsuz dövriyyəsinin qarşısının alınması, radioaktiv və digər təhlükəli tullantlların zərərsizləşdirilməsi, çirkab sularımn təmizlənməsi problemləri araşdırılır.
Üçüncü hissə əhalinin əsas təbəqəsinin XXI əsr proqram hədəflərinin həyata keçirilməsina cəlb edilməsinin gücləndirilməsi təkliflərindən ibarətdir. Burada qeyd edilir ki, bütün proqramlarm effektiv icrası bu tədbirlərdə qadınların, gənclərin, uşaqların, yerli xalqların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının, sahibkarların, fermerlərin, alimlərin aktiv iştirakından asılıdır.
Dördüncü hissədə proqramın həyata keçirilməsi yolları təklif edilir: maliyya resursları və mexanizmləri; ekoloji təhlükəsiz texnologiyalar; elmin inkişafı; əhalinin maarifləndirilməsi və kadrların hazırlanması; inkişaf etməkdə olan ölkələrə yardım; beynəlxalq təşkilati mexanizmlər və hüquqi sənədlər; informasiya sistemlərinin vacibliyi qeyd edilir.
Bundan sonra Rio 5 (1997), Rio 10 (Yohanesburq 2002), Rio 20 (2012) görüşləri keçirilmişdir. Bu goruşlərdə 100-dən çox ölkə iştirak etmişdir.
Rio 20 (Rio-de-Janeyro, 2012) görüşündə iqtisadiyyat, davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması kimi problemlər yenidən müzakirə edildi. İştirakçılar bir daha Gündəlik 21 sənədinə sadiq qaldıqlarını bildirməklə yanaşı, bəzi məsələlərə yenidən baxdılar. Nəticədə 283 bənddən ibarət yeni "İstədiyimiz gələcək” ("The Future We Want") sənədi imzalandı. Sənəddə sonrakı inteqrasiya, yeni yaranmış çağırışların nəzərdən keçirilməsinin vacibliyi bildirildi, planetdə hələ də hər beşinci insanın (1 milyarddan çox) ifrat yoxsulluq şəraitində yaşadığı, hər yeddinci insanın (140/0) aclıqdan əziyyət çəkdiyi, bəşəriyyətin hələ də pandemiyalar və epidemiyalar kimi səhiyyə problemləri qarşısında acizliyi, xüsusilə gənclər arasında işsizliyin yüksək səviyyəsi, iqlim dəyişmələrinin neqativ təsirləri təəssüflə qeyd edildi. Proqnozlara görə, planetin əhalisinin 2050-ci ildə 9 milyarddan çox olacağı, əhalinin təxminən üçdə iki hissəsinin şəhərlərdə yaşayacağı şəraitdə davamlı inkişafın məqsədlərinə çatmaq üçün bütün səylərin gücləndirilməsi, inkişaf etməkdə olan ölkələrə yardımların artırılması, davamlı inkişafın hər 3 komponentinin daha da möhkəmləndirilməsi, ölkə1ərdə "yaşıl" iqtisadiyyat siyasetinin təşviq edilməsi tövsiyə edildi.
Yoxsulluğun ləğvi, ərzaq təhlükəsizliyi, qida və kənd təsərrüfatının davamlı təşkili, su təchizatı və sanitar məsələlər, energetika, davamlı turizm, ekoloji təhlükəsiz nəqliyyat vasitələri, ekoloji davamlı şəhərlər və yaşayış məntəqələri, səhiyyə, hamının tam məşğulluq və layaqatli iş yeri ilə təmin olunmasına kömək etmək kimi problemlər fəaliyyətlərin çərçivə proqramlarına daxil edildi.
Bu proqram sənədləri və növbəti beynalxalq forumlar əsasında AİB, Şərqi Avropa ölkələri, ABŞ, Kanada və digər ölkələr özlərinin davamlə İnkişafa keçid konsepsiyalarını hazırladılar və ətraf mühitin mühafizəsi üzrə milli proqramlar qəbul etdilər.
Ümumi şəkildə vaxt kəsiyində əsas parametrlər nəzərə alınmaqla dayanıqlı inkişaf funksiyası aşağıdakı şəkildə ifadə edilir:
Dostları ilə paylaş: |