Sxem 3.
Təbiət – məhsul sistemi
İstehsal olunan məhsulun daima çatışmaması üzündən ənənəvi məntiqə əsasən girişə daha çox təbii sərvət vermək lazım gəlir. Bu zaman iqtisadiyyatın fəaliyyət mexanizmlərinə daxildən baxmaq diqqətdən kənarda qalır. Ətraf mühitin çirkləndirilməsi, tullantılar, təbii sərvətlərin tənəzzülə meyli ilə mübarizə, mahiyyət etibarilə texnogen iqtisadi inkişafın nəticələri ilə mübarizəyə çevrilir.
Ekoloji problemlərlə real mübarizənin təmin edilməsi, dayanıqlı iqtisadi inkişaf şəraitinin yaradılması üçün bu prosesə nəzər salmaq, iqtisadi quruluşların fəaliyyətini ekoloji cəhətdən qiymətləndirmək və zəruri düzəlişlər etmək vacibdir. İqtisadiyyatın böyük təbiət tutumlu olması səbəbləri aydınlaşdırılmalı, onun nəticələri ilə deyil, özü ilə mübarizə aparılmalıdır.
İqtisadi inkişafın ekologiyalaşdırılmasında təbiətdən istifadənin intensivləşdirilməsi və eyni zamanda ona qənaətcilliklə yanaşılması istiqamətinin işlənib hazırlanmasında ən vacibi son nəticənin nəzərə alınmasıdır. Bu məqsədin həyata keçirilməsi, hər bir təbii sərvət və ya sərvətlər qrupu üçün təbiət-xammal-məhsul zəncirinin (istehsalın ilkin təbiət amillərini son məhsulla əlaqələndirən) qurulmasını tələb edir. Təbii əşyaların və onların emalından alınan məhsulların bu cür zəncirlərdə hərəkəti, müxtəlif sahələrə aid olan, lakin texnologiya və son məhsulun satışı üzrə birləşdirilən fəaliyyət növlərinin köməyi ilə həyata keçirilir.
Dostları ilə paylaş: |