İqtisadi ekologiyalaşdırma əsas istehsal sahələrində, həmçinin əhali tərəfindən ekoloji sahədə maarifləndirmə və mədəni sahədə inkişafa doğru dəyişikliklərin edilməsini tələb edir. Eyni zamanda intensiv inkişaf edən şəhərlərdə sənayenin sürətli inkişafı ekoloji proseslərin gedişini tamamilə dəyişdirir, ekoloji gərginliyi artırır. İqtisadiyyatın ekologiyalaşdırılması ekoloji proseslərin gedişini yaxşılaşdırmaq üçün istehsal texnologiyalarında təkmilləşdirmə işlərinin aparılması, tullantısız məhsullar istehsalının yaradılması, ekoloji mühitin sağlamlaşdırılması üçün müvafiq tədbirlərin görülməsini tələb edir.