Bərk Məişət Tullantllarınm Çeşidlənməsi Zavodu 2012-ci ildən fəaliyyət göstərir. Ölkədə təkrar istehsal biznesinin inkişaf etdirilməsi məqsədilə Balaxanı qəsəbəsində yaradılan Bərk Məişət Tüllantılarının çeşidlənməsi zavodu alman texnologiyası əsasında qurulmuşdur və illik 200 min ton tullantı qəbul etmək gücüna malikdir. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı tullantllar ayrılır ki, bu da tullantlların ümumi həcmini azaldır, ucuz xammal bazarı formalaşdırır, ölkədə təkrar emalın qurulması üçün zəmin yaradır, enerjiyə qənaət olunur və ən önəmlisi, tullantıların ətraf mühitə mənfi təsirini azaldır.