Şimali Azərbaycanda rus ağalığı. XIX əsrin 30-cu illərində müstəmləkə əsarətinə qarşı üsyanlar. Rusiya Şimali Azərbaycanın işğalı prosesində xanlıqları ləğv edərək əyalətə çevirmiş, xanlıq idarə-üsulunu komendant idarə sistemi ilə əvəz etmişdi. Komendant idarə üsulu hərbi işğal və hərbi feodal səciyyəsi daşıyırdı. Rus zabitlərindən təyin olunan komendantlar əyalətin sosial-iqtisadi həyatına aid olan bütün məsələləri həll etmək səlahiyyətlərinə malik idilər.
Rusiyanın bölgədə müsəlman əyalətlərində qurduğu müstəmləkə rejimi və açıq qarət sistemi işğaldan bir qədər sonra müstəmləkə əsarətinə qarşı üsyanlara gətirib çıxartdı.