MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə61/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   57   58   59   60   61   62   63   64   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Lənkəran üsyanı. 1814-cü ildə Lənkəran hakimi Mir Mustafa xanın ölümündən sonra rus hökuməti xanlığın idarəsini onun oğlu Mir Həsən xana tapşırmışdı. 1826-cı ildə xanlıq ləğv ediləndən sonra əyalət komendantı mayor İlyinskinin xana məxsus əmlakların üçdə ikisini müsadirə etməsi Mir Həsən xanı ruslardan narazı salmış və o, mənbələrdə deyildiyi kimi, Qacarların idarə etdiyi Qızılbaş dövlətinə sığınmışdı. Mir Həsən xan Türkmənçay müqaviləsi ilə Lənkəran xanlığının da Rusiyaya güzəştə gedilməsinə görə narazılığını tez-tez Fətəli şah Qacara və şahzadə Abbas Mirzəyə bildirməkdən çəkinmirdi.

Rus idarəçiliyi Lənkəran əhalisinə böyük sıxıntı, əzab-əziyyət və zülm gətirmişdi. Ali zümrənin nümayəndələri idarəçilik işlərindən uzaqlaşdırılır, din xadimlərini əhali içərisində nüfuzdan salan addımlar atılırdı. Hökumətin talan səviyyəsinə qaldırılmış vergi siyasəti Lənkəran əyalətində daha amansız və indiyədək görünməmiş bir şəkil almışdı. Sahibkar kəndlilərdən yığılan vergilərin miqdarı 2-3 dəfə artırılmış, dövlət təsərrüfatlarında yaşayan minə yaxın əkər adlanan kəndlilərin yarıdan çoxu müflisləşərək qaçıb dağılmışdı. Hakimi-mütləq olan komendant İlyinski rüşvət alır, hər cür qanunsuzluq və hətta cinayət törətməkdən çəkinmirdi. Onun əmri ilə 20 nəfəri istintaqsız və məhkəməsiz dənizdə batırıb öldürmüşdülər. Bəd əməllərində ondan geri qalmayan yeni komendant Korniyenko əhali üzərinə qanunsuz olaraq ikiqat vergi qoyaraq mənimsəmişdi. Əhalinin böyük hissəsinin müstəmləkə rejiminə qarşı nifrətlə dolduğunu görən xan tərəfdarları Azərbaycanın cənubuna məktub göndərərək Mir Həsən xanı ruslara qarşı hərəkata başçılıq etmək üçün Lənkərana çağırdılar. 1831-ci ilin martın 5-də Mir Həsən xanın Lənkərana gəlməsi ilə əyalətin mahallarının çoxunu üsyan bürüdü. Üsyançılar, hətta Lənkərandakı hərbi qarnizonun Şamaxı və Qarabağla quru əlaqəsini tamamilə kəsmişdilər. Üsyanda ali zümrənin nümayəndələri kəndlilərlə bir cəbhədə çıxış edirdi.

Lənkəran şəhərini ələ keçirə bilməyən üsyançılara qarşı Şamaxı, Şəki, Dərbənd şəhərlərində yerləşdirilən rus qoşunlarını səfərbər edən hökumət 1831-ci il aprelin əvvəlində üsyanı yatırmağa nail oldu. Xan yenidən Qacarlara sığınmaq məcburiyyətində qaldı. Ağır cəza tədbirlərindən yaxa qurtarmaq üçün 451 ailə də Qacar dövlətinə köçüb getdi.

Beləliklə, iki aya qədər davam edən Lənkəran üsyanı məğlubiyyətə uğradı. Hərəkatın qeyri-mütəşəkkilliyi, Mir Həsən xanın əhali içərisində öz nüfuz və təsir imkanlarından lazımi şəkildə yararlanmaması, üsyançıların həlledici məqamda ləng hərəkət etməsi, nizami orduya qarşı vuruşan üsyançıların pis silahlanması, ali zümrənin nümayəndələrinin bir hissəsinin rusların tərəfinə keçməsi Lənkəran üsyanının məğlub olmasının əsas səbəbləri sayılır.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin