MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə63/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   59   60   61   62   63   64   65   66   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Şəki üsyanı. Digər müsəlman əyalətlərində olduğu kimi Şəkidə də çar hökumətinin tətbiq etdiyi ağır maliyyə-vergi sistemi əhalinin vəziyyətini olduqca ağırlaşdırmışdı. «Qafqazda ipəkçiliyi yayan» cəmiyyətin təsərrüfatlarında çalışan rəncbərlərin vəziyyəti dözülməz idi. Xanlıq dövründə vergidən azad olan maaflar üzərinə vergi və mükəlləfiyyətlər qoyulması, kəndli və sənətkarlardan ilbəil yeni vergi və rüsumlar yığılması, yerli hökumət məmurlarının özbaşınalıqları, ali zümrəyə qarşı ayrı-seçkilik siyasəti Şəkidə baş vermiş üsyanın əsas səbəbləri hesab olunur.

Şəkinin keçmiş hakimi Səlim xanın oğlu Hacı xan tərəfindən Şəkiyə göndərilən Məşədi Məmməd 5 minlik qoşun toplayaraq 1838-ci ildə hökumətə qarşı üsyana başladı. Rus hərbi qarnizonu ilə üsyançılar arasında Şəki yaxınlığında baş vermiş ilk döyüşdə ruslar məğlubiyyətə uğradılar. Qalanı çıxmaqla bütün şəhər üsyançıların əlinə keçdi. Qafqazın baş komandanı başqa əyalətlərdən Şəkiyə qoşun yeridərək üsyançıları məğlubiyyətə uğratdı. Məşədi Məmməd yenidən Cənubi Azərbaycana qayıtmağa məcbur oldu.

Ümumiyyətlə, XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda rus müstəmləkə əsarətinə qarşı baş vermiş üsyanlarda hökumətə «sədaqətli» olan kiçik bir zümrəni çıxmaqla, əhalinin bütün təbəqələri iştirak edirdi. Kəndlilər, şəhərlilər, bəylər, ağalar və ruhanilərin bir cəbhədə çıxış etməsi həmin üsyanların əsas xüsusiyyəti sayıla bilər. 30-cu illərdə baş vermiş üsyanlar böyük tarixi əhəmiyyətə malik idi. Bu üsyanlar məğlub olsa da, təsirsiz qalmadı. Çar hökuməti Şimali Azərbaycanda öz siyasətini dəyişməyə məcbur oldu, komendant üsul-idarəsini ləğv etməyin zəruriliyini anladı, bölgədə inzibati-məhkəmə və aqrar islahatlar keçirməyə başladı.

Oxu materialları:

1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, M.Q.Abdullayevin elmi redaktorluğu ilə, Bakı, 2019, s.178-193.

2. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı, 1996, 2009.

3. Abdullayev M.Q. Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər (XIX əsrin 40-cı illərinə qədər). Bakı, 2005.

4. Şükürov K. Azərbaycanın bölüşdürülməsi (Gülüstan və Türkmənçay müqavilələri haqqında). // Kitablar aləmində, 1990, № 3, s. 20-29.

5. Hüseynli R.S. Azərbaycan ruhaniliyi (xanlıqlar çağından Sovet işğalınadək olan dövrdə). Bakı, 2002.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin