MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə66/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   62   63   64   65   66   67   68   69   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Məhkəmə islahatı. 1864-cü il noyabrın 20-də Rusiyada həyata keçirilən məhkəmə islahatına görə silki məhkəmə ləğv edilir, bütün zümrələr üçün eyni olan ümumi məhkəmə yaradılırdı. İndi məhkəmə iclasları açıq keçirilirdi, məhkəmə prossesini izləmək istəyənlər məhkəmə zalına buraxılır və bu prosses haqqında mətbuat səhifələrində məlumat verilə bilərdi. Bundan sonra hakimlər müstəqil qərar çıxartmaq hüququ alırdılar və məhkəmə prossesində vəkillər və andlı iclasçılar iştirak edirdilər. Bu yeniliklərin tətbiq edilməsi demokratik hüquq və azadlıqların mövcud olmadığı Rusiya cəmiyyəti üçün çox mütərəqqi hadisə idi.

Məhkəmə islahatı Şimali Azərbaycanda guya əhalinin «ictimai şüur baxımından geri qalması» bəhanəsi ilə bir qədər gec və ləng həyata keçirildi. Bu zaman Rusiyadan fərqli olaraq 22 noyabr 1866-cı il Nizamnaməsi əsas götürülürdü. Nizamnaməyə görə Azərbaycanda məhkəmədə andlı iclasçıların iştirakı nəzərdə tutulmamışdı. Məhkəmə hakimləri seçki yolu ilə seçilmir, yalnız Qafqaz canişininin təqdimatı əsasında təyin edilirdilər. Hakim vəzifəsinə bir qayda olaraq azərbaycanlılar təyin edilmirdilər. Azərbaycanlı yalnız hakimin müavini vəzifəsini tuta bilərdi. Məhkəmə yalnız rus dilində aparıldığından iclaslarda tərcüməçi iştirak edirdi.

Məhkəmə islahatı haqqında Nizamnamənin Şimali Azərbaycanda tətbiqinə 1868-ci ilin fevralın 19-dan başlandı. Həmin gün Bakı dairə məhkəməsi və Bakı barışıq məhkəməsi fəaliyyətə başladı.

Quberniyalarda yaradılan dairə məhkəmələri Şimali Azərbaycanda ən ali məhkəmə distansiyası olub, Tiflis Məhkəmə Palatasına tabe idi. Barışıq məhkəməsi isə bir pillə aşağı məhkəmə orqanı hesab olunurdu. Qafqaz canişini tərəfindən təyin olunan barışıq hakimləri mülki işlərə, şəxsi münaqişələrə və xırda cinayət işlərinə baxırdılar.



Şəhər islahatının keçirilməsi. XIX əsrin 60-70-ci illərində həyata keçirilən burjua islahatlarından biri də şəhər islahatı idi. Şəhər islahatının keçirilməsinin əsas səbəbi artıq şəhər əhalisinin tərkibində həlledici rol oynayan sənayeçilərin, sahibkarların şəhərlərin ictimai - siyasi həyatında fəal iştirak etmək tələbləri ilə bağlı idi. 16 iyun 1870-ci ildə Rusiyada şəhər idarə orqanlarının təşkili haqqında Əsasnamə qəbul edildi. Həmin Əsasnaməyə görə Şəhər Dumasına seçkilərdə yalnız 25 yaşına çatan, şəhər rüsumunu ödəyən və müəyyən əmlaka malik olan kişilər iştirak edə bilərdilər.

XIX əsrin 70-ci illərində Şimali Azərbaycanda şəhər statusuna malik olan 10 şəhər var idi. Şəhərlərimizdə ictimai idarə sistemi mövcud olmayıb, şəhər təsərrüfatı tamamilə polis idarəsinin ixtiyarında idi.

Çar hökuməti 1870-ci il Əsasnaməsini Azərbaycan şəhərlərinə tətbiq etməyə tələsmirdi. Bakı quberniyasının qubernatoru heç bir əsas olmadan Bakı şəhərinin ictimai idarə etməyə hələ hazır olmadığını bəhanə gətirərək və burada islahatın dar çərçivədə həyata keçirilməsini təklif etmişdi. Yelizavetpol qubernatoru isə yerli əhalinin geriliyi və inkişafdan son dərəcə geri qalması kimi əsassız bəhanə ilə Əsasnamənin tətbiqinin qəti əleyhinə çıxmış və şəhər təsərrüfatının polis idarəsinin ixtiyatında saxlanılmasını təklif etmişdi. Uzun müzakirələrdən sonra, 1870-ci il Şəhər Əsasnaməsi ilk dəfə 1878-ci ildə yalnız Bakı şəhərində tətbiq edildi. Əvvəlcə 6 - 9 dekabr 1877-ci ildə əmlak senzi əsasında Bakı Şəhər Dumasına seçkilər keçirildi. Şəhər əhalisi ödədiyi verginin miqdarına uyğun olaraq üç qrupa bölündü və hər qrup Dumaya 24 qlasnı - deputat (üzv) seçə bilərdi. Şəhərin əsil sahibi olan Azərbaycan əhalisindən seçilən deputatların sayı xristian qlasnıların sayından çox ola bilməzdi. Əsasnaməyə uyğun olaraq şəhərin aşağıdakı ictimai idarə orqanları yaradılmışdı: 1. Şəhər Duması; 2. Dumanın icraedici orqanı olan Şəhər İdarəsi. Bu iki orqanın başçısı (qlava) yalnız rus olmalı idi. Başçını Şəhər Duması seçsə də, Daxili İşlər Nazirliyi təsdiq edirdi.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin