MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə67/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   63   64   65   66   67   68   69   70   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Bakı Şəhər Duması 8 yanvar 1878-ci ildə açıldı. Azərbaycanlılardan Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov kimi dövrünün görkəmli şəxsiyyətləri Bakıda fəaliyyətə başlayan ilk Şəhər Dumasına deputat seçilmişdilər.

Şəhər Dumasının səlahiyyət dairəsinə şəhər təsərrüfatının idarə edilməsi, yerli ticarət və sənayenin himayə edilməsi, yanğınla mübarizə, səhiyyə, xalq təhsili kimi sahələr daxil idi. Bakı Şəhər Dumasında bütün işlər rus dilində aparılırdı.

Çar hökuməti 1892-ci ildə yeni Şəhər Əsasnaməsi verərək qubernatorların şəhərlərin özünüidarə işlərinə müdaxilələr etmək sahəsində hüquqlarını genişləndirdi. Bu Əsasnaməyə uyğun olaraq 1897-ci ildə Gəncədə tam həcmli şəhər özünüidarəsi, Lənkəran, Nuxa, Şamaxı, Quba və digər şəhərlərdə isə sadələşdirilmiş ictimai idarələr yaradıldı.

İnzibati - idarə sistemində dəyişikliklər. 1859-cu ildə Şamaxıda baş verən zəlzələdən sonra quberniyanın mərkəzi Bakıya köçürüldü və Şamaxı quberniyası Bakı quberniyası adlandırıldı. 1860-cı il inzibati islahatana görə Dərbənd quberniyası ləğv edildi, Quba qəzası Bakı quberniyasının tərkibinə qatıldı.

Şimali Azərbaycanın inzibati - ərazi bölgüsündə ən ciddi dəyişiklik 1868-ci ildə mərkəzi Gəncə olmaqla, Yelizavetpol quberniyasının yaradılması oldu. 1883-cü ildə çar hökuməti Qafqaz canişinliyini ləğv etdi və diyarın idarəsi Qafqazdakı mülki hissə üzrə baş rəisə tapşırıldı.



Kənd təsərrüfatı. 1870-ci il aqrar islahatından sonra Azərbaycan kəndində kapitalist münasibətlərinin inkişafını göstərən bir sıra mühüm əlamətlər meydana çıxmışdı: birincisi, kənd təsərrüfatının bəzi sahələrində (qızıl boya, çəltik, taxılçılıq, pambıq, üzüm və şərab istehsalı) istehsalın ticarət əkinçiliyi və kapitalist əmtəə, səviyyəsinə çatması; ikincisi, daxili bazarın genişlənməsi ilə ayrı - ayrı bölgələrin müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması (Kür boyu bölgələr pambıqçılıq, Nuxa və Şamaxı ipəkçilik, Quba və Zaqatala bağçılıq və sair üzrə ixtisaslaşmışdı); üçüncüsü, yeni kənd təsərrüfatı alətlərinin, maşınların və qabaqcıl üsulların tətbiqi; dördüncüsü, texniki bitkilər istehsalının genişlənməsi; beşincisi, kənd təsərrüfatında muzdlu əməyin tətbiqinin genişlənməsi; altıncısı, torpağın icarə, girov və alqı-satqı obyektinə çevrilməsi; yeddincisi, kənddə ictimai təbəqələşmənin dərinləşməsi və qolçomaq təsərrüfatlarının meydana çıxması.

Azərbaycanda becərilən torpaqların 70 - 75 faizindən çoxunda taxıl (buğda və arpa) yetişdirilirdi. XIX əsin sonlarında Cənubi Qafqazda istehsal edilən taxılın 40%-ə yaxını Şimali Azərbaycanın payına düşürdü. Ölkə üzrə yığılan 100 milyon puda yaxın taxılın 2/3 hissəsi Azərbaycanın taxıl anbarı sayılan Yelizavetpol quberniyasında istehsal edilmişdi. 90-cı illərdə Azərbaycanda ildə orta hesabla 8 milyon puddan çox çəltik məhsulu götürülürdü. Lənkəran və Nuxa qəzaları çəltikçilik üzrə ixtisaslaşmışdı. Taxılçılıq təsərrüfatlarında məhdud miqyasda muzdlu əmək tətbiq olunurdu.

Kənd təsərrüfatında tədricən yeni və təkmilləşdirilmiş əmək alətlərindən istifadə edilirdi. 1885-ci ildə rus mütəxəssisləri Gəncə və Kürdəmirdə kənd təsərrüfatı maşınlarını sınaqdan keçirmişdilər.

1887-ci ildə Tiflisdə açılmış "Qafqaz ipəkçilik stansiyası"nın Nuxa və Qarabağdakı şöbələri barama yetişdirilməsinin yeni üsullarının ipəkçilərə öyrədilməsi sahəsində səmərəli fəaliyyət göstərirdi.

Kənd təsərrüfatının yeni sahələrindən biri də tütünçülük idi. 1872-ci ildə xaricdən gətirilən tütün üzərinə yüksək gömrük qoyulması bu sahənin inkişafına təkan vermişdi. 1883-cü ildə Azərbaycanda 144 desyatin sahəyə malik 554 tütün plantasiyası var idi.

1897-ci ildə Bakı və Yelizavetpol quberniyasındakı üzüm bağları bütün Cənubi Qafqazdakı üzüm bağlarının ümumi sahəsinin 24,7%-ni təşkil edirdi. Azərbaycanda hər il orta hesabla 4,5 - 5,5 milyon pud və yaxud Cənubi Qafqazda yığılan məhsulun 30%-i qədər üzüm toplanırdı. Üzüm məhsulunun böyük hissəsi şərab zavodlarına göndərilirdi. Beləliklə, islahatdan sonrakı 30 il ərzində Azərbaycan kəndi burjua təkamülü yolu keçmiş, kənd təsərrüfatı istehsalının ixtisaslaşması, ticarət əkinçiliyinin artması, torpaq icarə formalarının yaranması ilə xarakterizə olunan yeni iqtisadi şəraitdə Azərbaycan kəndində kapitalist münasibətləri təşəkkül tapmışdı.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin