MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə62/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   58   59   60   61   62   63   64   65   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Quba üsyanı. 1806-cı ildə işğal edilmiş Quba xanlığı 1810-cu ildə əyalətə çevrilmişdi. Quba əyalətinin başında çar hökumətinin ən yaramaz kadrlarından biri sayılan komendant polkovnik Gimbut dururdu. Bu çar məmuru əhali üzərinə ağır vergilər qoyur, vergiləri iltizama verir, sakinləri qanunsuz mükəlləfiyyətlərə cəlb edir və vəzifəsindən şəxsi tamahı xatirinə sui-istifadə edirdi. Quba əhalisinin dərin nifrətini qazanan polkovnik Gimbut kasıb-kusubun xeyrinə əhalidin yığılan zəkatı belə mənimsəmək dərəcəsində alçalmışdı. Şeşpər mahalı kəndlilərinin hərbi dairə rəisi general mayor Reutta 1837-ci ilin iyul ayında göndərdiyi məktubda deyilirdi ki, onlardan yığılan zəkat mənimsənildiyindən məscid və mədrəsələr öz xərclərini ödəməkdə çətinlik çəkir, zəkat hesabına dolanan kasıblar isə aclıq içindədirlər.

1837-ci ildə Qafqazın Baş Komandanının Varşavadakı atlı müsəlman alayı üçün Quba əyalətindən 36 atlı toplanması haqqında tələbi əhalinin səbr kasasını daşdırdı. Başqa əyalətlərdə bir atlının təchizatı üçün yerli əhali 130-150 manat ödəyirdisə, Quba əyalətində bu sakinlərə 350 manata başa gəlirdi. Əhali hökumətdən atlı yığılmasının dayandırılmasını, komendant Gimbut və onun əlaltıları olan yerli bəylərin işdən götürülməsini və vergilərin azaldılmasını tələb edir. Hərbi dairə rəisi tələbləri yerinə yetirməyə söz versə də, konkret hər hansı bir addım atmaq fikrində deyildi. Quba camaatı dağlıların azadlıq hərəkatının başçısı Şeyx Şamillə əlaqə saxlayırdılar. Şeyx Şamil Quba əhalisinə məktubunda yazırdı ki, «yadellilərin zülmündən qurtuluş üçün yeganə çıxış yolu silahlı mübarizədir.»

1837-ci ilin avqustun 21-də Qubada Rusiyanın müstəmləkə zülmünə qarşı başlanan hərəkat tezliklə silahlı üsyana çevrildi. Üsyan Buduq və Barmaq mahallarını çıxmaqla, Quba əyalətinin hər yerinə yayılmışdı. Ümumiyyətlə, Quba üsyanı özünün genişliyi, əhatə dairəsinə və iştirakçıların sayına görə digər üsyanlardan fərqlənirdi. Üsyançıların sayı 12 min nəfərə çatırdı. Üsyanın başlıca hərəkətverici qüvvəsi kəndlilər olsa da, Quba bəylərinin böyük hissəsi də üsyana qoşulmuşdu. Hərəkat iştirakçıları üsyan rəhbəri Hacı Məhəmmədi Qubanı idarə etmək üçün hətta xan seçmişdilər. Hərəkata başçılıq etmək üçün ayrıca Hərbi Şura da yaradılmışdı. Hərbi Şuranın hazırladığı plana əsasən avqustun 30-da üsyançılar Quba şəhərini mühasirəyə aldılar. Əvvəlcədən əldə edilmiş razılığa görə şəhər əhalisi də üsyançılarla birlikdə çıxış etməli idi. Yarəlinin başçılıq etdiyi üsyançılar dəstəsi şəhərlilərin köməyi ilə Qubaya daxil olaraq şəhər məhkəməsinin binasını ələ keçirtdilər. Üsyançılar şəhər uğrunda ağır döyüşdə mərdliklə vuruşsalar da, uğur qazana bilmədilər. Sentyabrın 5-də rus qoşunu üsyançıları şəhərdən çıxara bildi.

Qafqazın baş hakimi baron Rozen Qubaya əlavə qüvvələr yeridərək üsyanı amansızlıqla yatırdı. Hökumət hərəkatın fəal iştirakçılarına divan tutdu. Üsyanın rəhbəri Hacı Məhəmməd dörd il çəkən istintaqdan sonra 1841-ci ildə Bakı Hərbi səhra məhkəməsinin hökmü ilə dar ağacından asıldı. Çar Nikolayın fərmanı ilə Hacı Məhəmmədin heç bir günahı olmayan oğlu Novruz Kaluqaya sürgün edildi və rus hərbi xəstəxanasında gözlənilmədən «qızdırma xəstəliyinə» tutularaq öldü. Digər üsyan rəhbərləri Sibirə sürgün edildi.

Quba üsyanı xalqımızın rus müstəmləkə əsarətinə qarşı azadlıq mübarizəsinin ən parlaq səhifələrindən biridir.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin