MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Şimali Azərbaycanda rus müstəmləkə əsarətinə qarşı üsyanlar



Yüklə 418,25 Kb.
səhifə60/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   56   57   58   59   60   61   62   63   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Şimali Azərbaycanda rus müstəmləkə əsarətinə qarşı üsyanlar. Car-Balakən üsyanı. 1803-cü il «Andlı öhdəliyinə» əsasən Rusiyanın üzərinə bac qoymaqla kifayətləndiyi Car-Balakən camaatları öz daxili müstəqilliyini saxlamışdı. Ancaq iyirmi beş ildən çox idi ki, camaatlar rus xəzinəsinə bac ödəməkdən imtina etdiyindən, 1830-cu ildə yığılıb qalmış borcun ümumi miqdarı 47 min gümüş manatı keçmişdi. Bütün borcun birdəfəyə ödənilməsini tələb edən Qafqazın baş komandanı qraf Paskeviç 1830-cu ilin fevralında Car üzərinə qoşun yeritdi. Eyni zamanda türk dilində bir bəyanat yazılaraq camaatlara göndərildi. Bu sənəddə deyilirdi ki, azad camaatların daxili müstəqilliyinə son qoyulacaq və bu yaxınlarda rus idarəçiliyi tətbiq ediləcəkdir.

1830-cu il martın 4-də verilmiş yeni «Qaydalar»a görə Car-Balakən camaatlarının daxili müstəqilliyi ləğv edilir və onların idarə olunması işi 9 nəfərdən ibarət Müvəqqəti idarə orqanına tapşırılırdı. Müvəqqəti idarənin tərkibinə biri rəis olmaqla 3 nəfər rus məmuru və camaatlar tərəfindən seçilib göndərilmiş 6 nümayəndə daxil edilməli idi. Əslində Car-Balakən vilayətinin idarə edilməsi general Bekoviç-Çerkasski və iki rus məmuruna həvalə olunurdu. Camaatların seçdiyi 6 nümayəndə isə yalnız məşvərətçi səs hüququna malik olmaqla, əslində vilayətin idarə işindən kənarda qalırdı.

Çar hökumətinin bölgəyə qoşun yeritməsi və camaatları tam hüquqsuz bir vəziyyətə salması Rusiyaya qarşı cihad savaşına çağıran müridizmin geniş yayıldığı Car-Balakən əhalisini öz azadlığı uğrunda üsyana başlamağa vadar etdi. Müridizm hərəkatının rəhbərləri olan Şeyx Şaban və Həmzət bəyin başçılığı ilə üsyançılar Yeni Zaqatala yaxınlığında rus ordusunu darmadağın etdilər. Ruslar biyabırçı şəkildə qaçmağa başladılar.

Rus komandanlığı bir qədər sonra əlavə qüvvələr gətirilməsi, ağır toplardan istifadə olunması və üsyan rəhbərlərinin ələ keçirilməsi hesabına azadlıq hərəkatını yatıra bildi. Üsyançılara qarşı kütləvi cəza tədbirləri həyata keçirildi. Bir çox kəndlər yer üzündən silindi, 1000-dən çox üsyançı ailəsi (6 min nəfərə yaxın) Alazan çayının sahilində təbiəti çox yoxsul və iqlimi isə öldürücü olan boş torpaqlara sürgün edildi. 1839-cu ildə geri qayıtmağa icazə verilərkən sürgün olunanlardan yalnız 800-ə yaxın ailə sağ qalmışdı.

1832-ci ildə Car-Balakəndə Həmzət bəyin başçılığı ilə ikinci üsyan da amansızlıqla yatırıldı.

Məhəlli xarakter daşıması, iştirakçıların silahla pis təchiz olunması, qüvvələr nisbəti, hökumətin üsyançılara qarşı nizami qoşun hissələrindən istifadə etməsi Car-Balakən üsyanının məğlub olmasının əsas səbəbləri hesab olunur.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin