MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Milli azadlıq hərəkatının yeni mərhələsinin (1905-1917) başlanması. 1905-1906-cı illər "erməni- müsəlman davası"



Yüklə 418,25 Kb.
səhifə71/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   67   68   69   70   71   72   73   74   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Milli azadlıq hərəkatının yeni mərhələsinin (1905-1917) başlanması. 1905-1906-cı illər "erməni- müsəlman davası". 1905-ci ildə xalqımızın milli-azadlıq mübarizəsinin 1875-ci ildən başlayan milli oyanış mərhələsi başa çatdı və hərəkatın tamamilə keyfiyyətcə yeni bir formalaşmatəşkilatlaşma mərhələsi başladı.

1905-ci ildə Peterburqda dinc nümayişçilərin çar höküməti tərəfindən amansızlıqla gülləbaran edilməsi - 9 yanvar qanlı bazar günü hadisəsi ilə Rusiyada mütləqiyyətə qarşı inqilab başladı. Birinci rus inqilabı 1907- ci ilin iyun ayının 3-dək davam etmişdi. Rus inqilabının başlanması Şimali Azərbaycanda mütləqiyyətə, sosial və milli əsarətə qarşı azadlıq mübarizəsinə güclü təkan verdi. Çar höküməti milli- azadlıq hərəkatının qarşısını almaq üçün təcili tədbirlərə əl atdı. 1905- ci il fevralın 15-də müvəqqəti Bakı general qubernatoru vəzifəsi təsis edildi və çar II Nikolayın fərmanı ilə fevralın 18-dən Bakı şəhəri və Bakı quberniyasında hərbi vəziyyət elan olundu. Fevralın 26-da əvvəllər ləğv edilmiş canişinlik bərpa olunaraq Vorontsov-Daşkov Qafqaz canişini təyin edildi.

Cənubi Qafqazda müsəlman əhalinin xeyrinə islahatlar keçirilməsi tələblərini əks etdirən petisiyaların - xahişnamələrin əhalinin adından tərtib edilərək Nazirlər Kabinetinə göndərilməsini də Ə.Topçubaşov təşkil edirdi. 1905-ci il aprelin 15-də H.Z.Tağıyevin sarayında keçirilən müşavirədə Azərbaycan burjuaziyası və ziyalılarının nümayəndələri tərəfindən tərtib olunub, Ş.Əsədullayev, Ə.Ağayev, Ə.Topçubaşov və başqaları tərəfindən imzalanmış ümumi petisiya imperiyada yaradılacaq bütün məşvərətçi, qanunverici və bütün digər nümayəndəli (yəni seçkili) idarələrdə müsəlmanların təmsil olunması, müsəlmanlara aid qanunvericilik təşəbbüsü göstərmək, heç bir maneə qoyulmadan onlara dövlət və ictimai vəzifələr tutmaq imkanı verilməsi, şəxsiyyət və mülkiyyətin toxunulmazlığı, vicdan, söz, mətbuat, yığıncaq, ittifaq azadlıqları, ana dilində ümumi, icbari və pulsuz ibtidai təhsil hüququnun verilməsi çar hökümətindən tələb olunurdu. 1905-ci il 15 aprel petisiyası xalqımızın milli-azadlıq və cəmiyyətin demokratikcəsinə yenidən qurulması uğrunda mübarizəsinin ilk ümummilli proqramı sayıla biləcək tarixi sənəddir.

1905-1906-cı illər "erməni-müsəlman davası". Şimali Azərbaycanda inqilabi-demokratik hərəkatın yüksəlişinin qarşısını almaq üçün çar höküməti ağlasığmaz tədbirlərə əl ataraq Bakıda və Cənubi Qafqaz müsəlman türkləri yaşayan bölgələrində milli qırğın siyasəti həyata keçirməyə başladı. Bu siyasətdə əsas alət kimi Qafqazda türk və müsəlman xalqlarına qarşı mübarizədə Rusiyaya öz sədaqətlərini dəfələrlə nümayiş etdirmiş ermənilərdən və onların terror təşkilatlarından istifadə edilirdi. Hələ 1887-ci ildə Cenevrədə yaradılmış Hnçak (Zəng) və 1890-cı ildə Tiflisdə yaradılmış "Daşnaksütun" (İttifaq) erməni millətçiləri partiyaları rus hökümətinin milli qırğın siyasətinin doğurduğu faciənin miqyasının genişlənməsində böyük rol oynadılar. XX əsrin əvvəllərində öz fəaliyyətini Azərbaycana köçürən Daşnaksütunun, habelə Hnçakın Bakıda, Şuşada, Gəncədə, İrəvanda şöbələri var idi. Daşnaklar Cənubi Qafqazın hər yerindən, Osmanlı dövlətindən könüllü erməni dəstələri gətirib azərbaycanlılara qarşı silahlandırmışdılar. 1905-ci il məlumatına görə daşnak hərbi hissələrində 100 mindən artıq erməni əsgəri var idi. Rus höküməti ermənilərin əli ilə ilk milli qırğını Bakıda təşkil etdi. 1905-ci il fevralın 6-dan 10-na qədər Bakıda davam edən qırğın nəticəsində hər iki tərəf mindən çox itki verdi. Ermənilər qırğının miqyasını genişləndirərək Naxçıvanda, İrəvanda, Cəbrayıl və Zəngəzur qəzalarında dinc Azərbaycan əhalisini qırmağa başladılar. 1905-ci ilin avqustun 16-dan 21-nədək ermənilərin Şuşada törətdikləri qırğınların qarşısını almaq üçün qəhrəmanlıqla döyüşə atılan Azərbaycan türkləri yüzlərlə qulduru qanına qəltan eləmişdi. Şuşa hadisələri zamanı ölkəmizin hər yerindən yardımlar gəlirdi. Mirzə Cəlilin arvadı Həmidə xanım, böyük xeyriyyəçi H.Z.Tağıyev, M.Muxtarov və başqaları döyüş bölgələrinə çoxlu ərzaq və pul göndərirdilər.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin