MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət



Yüklə 418,25 Kb.
səhifə73/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   69   70   71   72   73   74   75   76   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət. Şimali Azərbaycanda milli-azadlıq hərəkatı 1917-ci ildən keyfiyyətcə yeni bir mərhələyə daxil oldu. Bu, ilk növbədə Rusiyada baş vermiş çox ciddi siyasi dəyişikliklərlə bağlı idi. 1917-ci ilin fevral ayının 27-də Rusiya imperiyasının paytaxtı Petroqradda qələbə ilə başa çatan inqilab nəticəsində çar II Nikolayın hakimiyyətinə son qoyuldu. Rusiyada mütləq monarxiya rejiminin devrilməsi və ölkəni "xalqlar həbsxana" sına çevirən Romanovlar sülaləsinə son qoyulması Azərbaycanda da böyük sevinclə qarşılandı. "Molla Nəsirəddin" jurnalı mütləqiyyətin devrilməsini Azərbaycan xalqı üçün xoşbəxtlik hesab etmuşdi. M.Ə.Rəsulzadə isə yazırdı ki, "1917-ci il inqilabı məhkum siniflərə hürriyyət, məhkum millətlərə isə muxtariyyət verəcəkdir".

Fevral inqilabı nəticəsində Rusiyada hakimiyyətə gəlmiş burjuaziya və mülkədarların nümayəndələri Müvəqqəti Höküməti təşkil etdilər. Müvəqqəti Hökümətin 1917-ci il martın 9-da verdiyi qərarla Qafqaz canişinliyi ləğv edildi və onun yerində Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Cənubi Qafqazı idarə etməli olan bu komitənin tərkibinə IV Dövlət Dumasının beş yerli üzvü, o cümlədən bizim deputatımız Məmmədyusif Cəfərov da daxil edilmişdi.

1917-ci il martın 17-də Müvəqqəti Hökümətin Bakıda yerli hakimiyyət orqanı olan İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradıldı. Mart ayında Azərbaycanın əksər qəza mərkəzlərində və şəhərlərində belə icraiyyə komitələri təşkil olundu. İnqilaba qədər gizli fəaliyyət göstərən milli partiyalar açıq işə keçdilər. M.Ə.Rəsulzadənin başçılıq etdiyi

Azərbaycan müəllimlərinin 1906-cı ildə keçirilmiş I qurultayında yeni tipli məktəblərin açılması, ibtidai icbari təhsilə keçilməsi, təhsilin ana dilində aparılması, ibtidai rus məktəblərində uşaqlara ana dili və şəriət dərslərinin keçilməsi kimi çox mühüm tələblər irəli sürülmüşdü.

Çar hökümətinin 1912-ci ildə verdiyi məktəb Əsasnaməsinə görə şəhər məktəbləri yuxarı sinifli ibtidai məktəblərə çevrilmişdi. İbtidai məktəbləri bitirib, belə məktəblərə daxil olan şagirdlər burada 4 il təhsil almalı idilər. Vətənpərvər xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1901-ci ildə Bakıda ilk rus-müsəlman qız məktəbini açdırması çox mütərəqqi hadisə idi. 1916-cı ildə yuxarı sinifli ibtidai məktəbə çevrilən bu tədris ocağında 104 qız oxuyurdu. Bunun ardınca 1902-ci ildə Gəncədə açılmış məktəbdə yalnız azərbaycanlı qızlar təhsil alırdılar.

Görkəmli maarifçi Firudun bəy Köçərli Azərbaycan şəhərlərinin birində belə bir seminariyanın açılmasının vacibliyini irəli sürmüşdü. 8 illik yazışmalardan sonra nəhayət ki, hökümətin razılığı ilə 1914-cü ildə Gəncədə, 1916-cı ildə isə Bakıda Müəllimlər seminariyası fəaliyyətə başlamışdı.

Elm. Bu dövrdə Şimali Azərbaycanda elmi ictimaiyyət arasında Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə böyük şöhrət qazanmışdılar. Fransanın Sarbonna Universitetini bitirmiş Əhməd bəy Ağayevi bir şərqşünas və ədəbiyyatşünas alim kimi təkcə Rusiyada deyil, Yaxın və Orta Şərqdə, hətta Qərbi Avropada yaxşı tanıyırdılar. Əvvəl Peterburq Universitetini, sonra İstanbul Universitetinin tibb fakültəsini bitirmiş və həmin universitetin professoru olmuş Əli bəy Hüseynzadə elmi araşdırmaları ilə Şərq və Qərb ölkələrində böyük şöhrət qazanmışdı. Fransanın Sarbonna Universitetini bitirmiş M.Ə.Şahtaxtinskinin əsərləri fransız alimləri tərəfindən çox yüksək qiymətləndirilmişdi.

İbrahim ağa Vəkilov, Qafur Rəşad Mirzəzadə Rusiya coğrafiya elminin inkişafı üçün böyük xidmətlər göstərmişdilər. Azərbaycan ədəbiyyatı tarixi elminin əsası görkəmli Firudun bəy Köçərli tərəfindən qoyulmuşdu. Bu dövrdə tarix elminin inkişafında Rəşid bəy İsmayılovun və Şeyx Həsən Mollazadənin rolunu xüsusi qeyd etmək lazımdır. Mollazadənin Azərbaycan dilində yazdığı 4 cilddən ibarət "Tarixlərin ən yaxşısı" əsərində xalqımızın tarixinin taleyüklü məsələlərinə xüsusi diqqət yetirilmişdir

Azərbaycan teatrının repertuarında əsas yeri milli dramaturqlarımızdan Nəcəf bəy Vəzirov, Ə.Haqverdiyev və C.Məmmədquluzadənin əsərləri tutsa da, Avropa klassiklərindən Şillerin "Qaçaqlar", Şekspirin "Otello" əsərləri də tamaşaya qoyulurdu.

1909-cu ildə Şimali Azərbaycandan olan aktyorların yaxından köməyilə Təbrizdə teatr təşkil olunmuşdu. Tarixi paytaxtımız Təbriz şəhərində ilk teatr binası 1916-cı ildə tikilmişdi. 1912-ci ildə səhnə fəaliyyətinə başlayan Şövkət Məmmədovanı təqib və hədə-qorxular belə seçdiyi yoldan döndərə bilmədi. Ş. Məm-mədovaya qədər Azərbaycan səhnəsində qadın rollarını da kişilər oynayırdılar.

XX əsrin əvvəllərində Azərbaycan musiqi sənəti də öz inkişafında yeni bir mərhələyə daxil oldu. Azərbaycanın qədimdən xalq musiqisi növü olan aşıq sənətinin Əsəd Abbasqulu, Hüseyn Bozalqanlı, Aşıq Qurban kimi məşhur el sənətkarları yetişmişdi. Musiqimizin başqa bir qolu olan muğam sənətinin inkişafında xanəndələrdən Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Mirzə Muxtar, Məşədi Cəmil, Seyid Mirbabayev, Ələsgər Abdullayev, tarzən Qurban Pirimov kimi nümayəndələri milli musiqimizin inkişafında mühüm rol oynamışlar. Adı çəkilən xanəndələrdən biri - Cabbar Qaryağdıoğlu (1868-1944) böyük bir bəstəkar, musiqi yaradıcısı və ustad sənətkar kimi tanınmışdı. Təsadüfi deyil ki, onu "müasir muğam sənətimizin babası" adlandırırlar. Böyük rus şairi Yesenin 64 yaşlı bu ustad xanəndəni dinləmiş və heyrətə gələrək onu "Şərq musiqisinin peyğəmbəri" adlandırmışdı. Dünyada məşhur olan rus musiqiçisi, səsinin böyük tembri ilə tanınan Şalyapin Cabbar Qaryağdıoğlu ilə səsinin gücünü yoxlamaq üçün şamı söndürmə yarışına girmiş və uduzmuşdu. Cabbar Qaryağdıoğlunu və Keçəçi oğlu Məhəmmədi tarda müşayiət edən tarzən Mirzə Fərəc bu musiqi alətinə altıncı ağ kök simini əlavə etmişdi. Cənubi Azərbaycan torpağının yetirməsi olan Əbül Həsən xan Azər bütün Qafqazda tanınmış ustad xanəndələrdən biri idi. Milli musiqimizin inkişafında məşhur bəstəkarımız Üzeyir Hacıbəyovun əvəzsiz xidmətləri olmuşdur. Onun yaratdığı ilk milli operamız olan "Leyli və Məcnun " 1908-ci il yanvarın 12-də Bakıda tamaşaya qoyulmuşdu. Milli operanın yaradılması təkcə Azərbaycanda deyil, bütün Müsəlman Şərqində çox böyük tarixi və mədəni hadisə idi. Bu operadan sonra Ü.Hacıbəyov 1909-1916-cı illərdə 5 opera və 3 musiqili komediya yaratmışdı. "Əsli və Kərəm" operası, "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyaları müəllifinə böyük şöhrət qazandırmışdır.

Bəstəkar Zülfüqar Hacıbəyov bir neçə opera və musiqili komediya yaratmışdı. Digər bəstəkarımız Müslim Maqomayevin 1916-cı ildə Bakıda göstərilmiş "Şah İsmayıl" operası Azərbaycan musiqi sənətinin qızıl fonduna daxil edilmişdir.

XX əsrin əvvəllərində Azərbaycanın ilk peşəkar rəssamı Bəhruz Kəngərli (1892-1922) 1915-ci ildə Zaqafqaziyada yeganə olan Tiflis Rəssamlıq məktəbini bitirmişdi. Cəmi 30 il ömür sürmüş rəssamdan 300-dən çox şəkil və karikatura qalmışdır.

Azərbaycanda satirik qrafikanın inkişafında böyük rol oynayan rəssam Əzim Əzimzadə (1880-1943) 20 ildən çox müddətdə "Molla Nəsirəddin " jurnalında əməkdaşlıq etmişdi. Onun 1914-cü ildə böyük şairimiz M.Ə.Sabirin "Hop-Hopnamə"sinə çəkdiyi illustrasiyalar rəssama böyük şöhrət qazandırmışdı.

XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq sənəti milli və Avropa memarlıq ənənələri əsasında inkişaf edərək yüksək səviyyəyə çatmışdı. Ali təhsil almış ilk azərbaycanlı memarlar Zivər bəy Əhmədbəyov, İsmayıl bəy Hacınski və başqaları o dövrün görkəmli memarları kimi tanınan İ.Qoslavski, İ.Ploşko və başqaları ilə çiyin-çiyinə çalışırdılar. Bu çalışmaların nəticəsində Bakıda milli romantik üslubda Musa Nağıyevə məxsus məşhur "İsmailiyyə" binası, H.Z.Tağıyevə və Murtuza Muxtarova məxsus saraylar tikilmişdi. Həmin tikililər XX əsr Azərbaycan memarlığının inciləri hesab olunur.

Oxu materialları:

1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, M.Q.Abdullayevin elmi redaktorluğu ilə, Bakı, 2019, s.219-234, 248-255.

2. XX əsr Azərbaycan tarixi. Y.B.Yusifov və T.T.Vəliyevin ümumi redaktəsi ilə. II c., Bakı, 2004.

3. Vəliyev T.T. İmperializm dövründə Azərbaycan sənayesi və proletariatı. Bakı, 1987.

4. İsmayılov M. XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrufatı. Bakı, 1960.

5. Süleymanova S.Y. Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu – XX yüzilliyin əvvəlləri). Bakı, 1999.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin