I = 1, X = 10, C = 100, M = 1000
V = 5, L = 50, D = 500
Romalılar ədədi təsvir etmək üçün onu minliklərin, yüzlüklərin, onluqların, təkliklərin cəmi şəklində yazırdılar.Məsələn, 28 ədədi aşağıdakı kimi təsvir olunurdu:
XXVIII = 10 + 10 + 5 + 1 + 1 + 1
(iki onluq, bir beşlik və üç təklik)
Aralıq ədədləri təsvir etmək üçün romalılar yalnız toplamadan deyil, həmçinin çıxmadan də istifadə etməyə başladılar. Belə bir qayda tətbiq olunurdu: böyük işarədən sağda yerləşən hər bir kiçik işarə onun qiymətinin üzərinə gəlinirdi, böyük işarədən solda yerləşən hər bir kiçik işarə isə həmin ədəddən çıxılırdı. Məsələn: IX – doqquzu, XI – on biri ifadə edir.
Ümumiyyətlə, ədədləri bu ardıcıllıqla yaza bilərik:
I (1), II (2), III (3), IV(4), V(5), VI (6), VII (7), VIII (8), IX (9), X (10)
XX (20), XXX (30), XL (40), L (50), LX (60), LXX (70), LXXX (80), XC (90), C (100)
CC (200), CCC (300), CD (400), D (500), DC (600),
DCC (700), DCCC (800), CM (900), M (1000)
Dostları ilə paylaş: |