Mövzu 3. Çoxluqların Dekart hasili. Cəm və hasil qaydaları.
Plan
Nizamlanmış cüt.
İki çoxluğun dekart hasili.
Cəm və hasil qaydaları.
Iki a və b elementlərinin müəyyən sırada düzülüşünə nizamlanmış cüt deyilir və (a,b) ilə işarə edilir. a- ya cütün birinci, b-yə isə ikinci elementi (komponenti, koordinatı) deyilir. Iki cüt o zaman bərabər hesab edilir ki, həmin cütlərin uyğun komponentləri bərabər olsun, yəni a1= a2 , b1= b2olduqda (a1 ,b1) = (a2 ,b2) hesab edilir.Əgər a b olarsa (a,b) (b,a) olur. Tutaq ki, (a,b) nizamlanmış cütü
kəsrinin surət və məxrəcini göstərir: (a = 1 , b = 4); onda (1,4) (4,1) olar.
Fərz edək ki, boş olmayan A və B çoxluqları verilmişdir. A çoxluğundan hər hansı bir
a elementi götürüb, sonra ona B çoxluğunun müəyyən bir b elementini qoşmaqla (a,b) nizamlı cütünü quraq. Bu qayda ilə hər dəfə birinci yerdə A çoxluğunun elementlərini, ikinci yerdə isə B çoxluğunun elementlərini yazmaqla A və B çoxluqlarının bütün elementlərindən istifadə etməklə bütün nizamlı cütləri tərtib etmək olar. Nəticədə A və B çoxluqlarının elementlərindən düzəldilmiş nizamlı cütlərdən ibarət olan C çoxluğunu alırıq. Elementləri verilmiş A və B çoxluqlarının elementlərinin nizamlanmış (x, y) cütlərindən ibarət olan C çoxluğuna A və B çoxluqlarının düz hasili və ya dekart hasili deyilir. A və B çoxluqlarının dekart hasili C = AxB şəklində işarə edilir.
Tərif. İki sonlu çoxluğun Dekart hasili həmin çoxluqlara daxil olan ( x A, y B )
elementlərdən düzəlmiş bütün mümkün olan nizamlanmış cütlər x, y çoxluğuna deyilir
və simvolik olaraq A B x, y x A, y B.
Misal. Tutaq ki, iki A və B çoxluqları verilmişdir.
A 2,4,6; B a,b, c
Bu çoxluqların Dekart hasilini düzəldək.
A B 2, a, 2,b, 2, c, 4, a, 4,b, 4, c, 6, a, 6,b, 6, c
Göstərmək olar ki, sonlu çoxluqların dekart hasilindəki cütlərin sayı A və B çoxluqlarında olan elementlərin sayını göstərən ədədlərin hasilinə bərabərdir. Fərz edək ki, A
1,2,4,6 AxB düz hasilinin
elementlərini yazaq:
A B
Göründüyü kimi A B çoxluğunda 12 nizamlanmış cüt var. A çoxluğunun 4, B
çoxluğunun 3 elementi var, yəni 4 3 12
Dekart hasilində assosativlik və komutativlik xassələri ödənilmir, yəni bu xassələrə malik deyil.
1) A B B A .
A,B və C çoxluqlarından heç biri boş çoxluq deyildirsə, onda
A(B C) A B C
İxtiyari A çoxluğu üçün aşağıdakı bərabərlik doğrudur
A A
Çoxluqların Dekart hasili əməli çoxluqların birləşməsi, kəsişməsi və fərqi əməllərinə əsasən aşağıdakı distrubutivlik xassələrinə malikdir.
1) A B C A C B C
2) ( ) ( ) ( )
3) A \ B C A C \ B C
Dostları ilə paylaş: |