Teorem 1. Elementar dizyunksiyanın eyniliklə doğru olması üçün zəruri və kafi şərt bu dizyunksiyada dəyişən və onun inkarının iştirak etməsidir.
Zəruriliyin isbatı. Tutaq ki, elementar
dizyunksiya eyniliklə doğrudur, lakin onun ifadəsində hansısa dəyişən və onun inkarı eyni zamanda iştirak etmir. Bu dizyunksiyaya daxil olub inkar işarəsi ilə daxil olmayan dəyişənlərə 0 (yəni yalan) qiyməti, inkar işarəsi ilə daxil olan dəyişənlərə isə 1 (yəni doğru) qiyməti verək. Onda bu elementar dizyunksiya 0 (yalan)
məntiqi qiymət alar ki, bu da şərtə ziddir.