İki P(x) və Q(x) predikatlarının dizyunksiyası yeni (mürəkkəb) elə predikatına deyilir ki, o, (0)“yalan” qiyməti yalnız və yalnız elə qiymətlərində alsın ki, o qiymətlərdə P(x) və Q(x) predikatlarının hər ikisi (0)“yalan” qiymət almış olsun, qalan bütün hallarda isə (1)“doğru” qiymət almış olsun.
İmplikasiya əməli:
İki P(x) və Q(x) predikatlarının implikasiyası yeni (mürəkkəb) elə predikatına deyilir ki, o, (0)“yalan” qiyməti yalnız və yalnız elə qiymətlərində alsın ki, o qiymətlərdə P(x) predikatı “doğru” və Q(x) predikatı “yalan” qiymət almış olsun, qalan bütün hallarda isə “doğru” qiymət almış olsun.