İnkar əməli:
Tutaq ki, hər hansı M çoxluğunda iki P(x) və Q(x) predikatları verilmişdir. P(x) predikatının inkarı elə 𝑃(x) və ya𝑃(𝑥) predikatına deyilir ki, o, P(x) predikatının (0)yalan qiymət aldığı qiymətlərində (1)“doğru” qiymət almış olsun, (0)“yalan” qiyməti isə elə qiy-
mətlərində alsın ki, bu qiymətlərdə P(x) predikatı (1)“doğru” qiymət almış olsun.
Konyunksiya əməli:
İki P(x) və Q(x) predikatlarının konyunksiyası yeni (mürəkkəb) elə predikatına deyilir ki, o, (1)“doğru” qiyməti yalnız və yalnız elə qiymətlərində alsın ki, bu qiymətlərdə P(x) və Q(x) predikatlarının hər ikisi (1)“doğru” qiymət almış olsun, qalan bütün hallarda isə (0)“yalan” qiymət almış olsun.
Dostları ilə paylaş: |