Mühazirələr Orta İxtisas Təhsil müəssisələrində fənnin tədrisi üçün nəzərdə tutulub



Yüklə 160,04 Kb.
səhifə25/34
tarix02.01.2022
ölçüsü160,04 Kb.
#47130
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   34
RİYAZİ-MƏNTİQ- (1)

Ekvivalensiya əməli:


İki P(x) və Q(x) predikatlarının ekvivalensiyası yeni (mürəkkəb) elə predikatına deyilir ki, o, “doğru” qiyməti yalnız və yalnız elə qiymətlərində alsın ki, o qiymətlərdə P(x) və Q(x) predikatlarının hər ikisi eyni zamanda ya “doğru” ya da “yalan” qiymət almış olsun, qalan bütün hallarda isə “yalan” qiymət almış olsun.

Tərif. Əgər predikatlar məntiqinin A düsturu istənilən oblastda (istənilən modeldə) eyniliklə doğru olarsa, onda deyirlər ki, A düsturu ümuməhəmiyyətli düsturdur. Məsələn, əgər predikatlar məntiqinin iki eynigüclü düsturunu ekvivalentlik işarəsi ilə

birləşdirsək, onda alınan yeni düstur, ona daxil olan dəyişənlərin istənilən oblastdan gö- türülmüş ixtiyari qiymətlərində doğru qiymət alacaqdır. Deməli belə düsturlar ümuməhəmiyyətli düsturlardırlar. Təriflərdən asanlıqla aşağıdakı nəticələri söyləmək olar:



  • Əgər A düsturu ümuməhəmiyyətlidirsə, o hər bir oblastda (modeldə) yerinə yetirilə biləndir.

  • Əgər A düsturu M oblastında eyniliklə doğru olarsa, onda o, M oblastında yerinə yetirilə biləndir.

  • Əgər A düsturu M oblastında eyniliklə yalan olarsa, onda o, M oblastında yerinə yetirilə bilməyəndir.

  • Əgər A düsturu yerinə yetirilə bilməyəndirsə, onda o, istənilən oblastda (modeldə) eyniliklə yalan düsturdur.

  • Predikatlar məntiqinin A düsturunun ümuməhəmiyyətli olması üçün zəruri və kafi şərt onun inkarının yerinə yetirilə bilməyən olmasıdır.

  • Predikatlar məntiqinin A düsturunun yerinə yetirilə bilən olması üçün zəruri və kafi şərt A düsturunun ümuməhəmiyyətli olmamasıdır.

Tərif. Əgər predikatlar məntiqinin A düsturuna daxil olan dəyişənlərin M

oblastından olmaqla elə qiymətləri varsa ki, həmin qiymətlərdə bu düstur doğru qiymət alsın, onda deyirlər ki, A düsturu M oblastında yerinə yetirilə biləndir.




Yüklə 160,04 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin