M hazir nin plan Firmaya neoklassik yana ma Firman n institut
C.Gelbreyrin korporasiya modeli. Neoinstitutsionalizmin digər yanaşmalarından fərqli olaraq, C.Gelbreytin nəzəriyyəsində yeni industrial cəmiyyətdə institutsional iqtisadiyyatın əsas iştirakçısı kimi korporasiyalar nəzərdən keçirilir. C.Gelbreyt iqtisadiyyatın 2 hissəsini - bazar və planlaşdırılan iqtisadiyyatı - fərqləndirir. O, bazar iqtisadiyyatına kiçik biznesi aid edir. Burada bazar qanunauyğunluqları fəaliyyətdə olur və sahibkarlar tələbdən asılı olurlar. İqtisadiyyatın planlaşdırılan hissəsi isə iri korporasiyalardan ibarətdir. Bazarda malik olduqları hökmran mövqe hesabına iri korporasiyalar gələcək qiymətləriin səviyyəsini planlaşdırır və alıcılarını istehsal ediləcək məhsulları əldə etməyə hazırlayırlar. Korporasiyaların nəhəng ölçüləri onların bazardakı və cəmiyyətdəki mühüm iqtisadi və sosial rolunu müəyyən edir. Bununla əlaqədar olaraq korporasiyaların məqsədi dəyişikliyə məruz qalır, mənfəətin maksimumlaşdırılması məqsədi cəmiyyətin və istehlakçıların stabilliyinə və təhlükəsizliyinə nail olmaq kimi daha sosial xarakterli məqsədlə əvəzlənir, yəni mənfəətin planlaşdırılmış səviyyəsinə və biznesin böyüməsinə nail olmaq faktiki məqsədə çevrilir. Qeyd olunmalıdır ki, bu halda planlaşdırılan artıma nail olmaq nə bütövlükdə cəmiyyətin, nə də korporasiyanın müxtəlif növ (səhmdarlar, top-menecerlər, işçilər və s. daxil olmaqla) maraq qruplarının məqsəd və mənafeləri ilə ziddiyyətdə olmur.
Belə korporasiyalar, faktiki olaraq, milli iqtisadiyyatın inkişafının təminatçısı olurlar. Eyni zamanda nəhəng transmilli korporasiyalar hətta dünya iqtisadiyyatının inkişafının təminatçısına çevrilirlər. Öz əllərində nəhəng həcmlərdə resursları cəmləyən belə korporasiyalar mənfəətin maksimumlaşdırılması kimi daha riskli məqsədlərdən imtina edərək, təminatlı mənfəət səviyyəsi və biznesin böyüdülməsi kimi daha az riskli məqsədləri hədəf seçirlər. Beləliklə, korporasiyanın (nəticə etibarı ilə həm də onun səhmdarlarının, əməkdaşlarının və istehlakçılaırnın, habelə cəmiyyətin) sabitliyi və təhlükəsizliyi prioritet strateji məqsədə çevrilir.
Qeyd etmək lazımdır ki, müasir institutsionalizmdə firmanın inkişafını innovasiya fəaliyyətinin nəticəsikimi izah edən bir sıra modellər də var. Belə modellər endogen texnoloji tərəqqiyə dair Y.Şumpeterin ideyalarına əsaslanır. Xatırladaq ki, Y.Şumpeter mikrosəviyyədə (yəni firma və bazar səviyyəsində) innovativ dəyişikliklərin 5 istiqamətini qeyd etmişdi: məhsul; texnologiya; satış bazarları; xammal, material və yarımfabrikatlar; təşkilati prinsiplər və strukturlar.