M hazir nin plan Firmaya neoklassik yana ma Firman n institut
Firmanın menecerial (idarəçilik) nəzəriyyəsi (managerial theories of the firm). Bu, firmaya menecment nəzəriyyələri əsasında yanaşmanı əks etdirir və burada firmanın davranışları menecerlərin motivasiyası nöqteyi-nəzərindən izah olunur. İnkarolunmazdır ki, istənilən firmanın fəaliyyəti əhəmiyyətli dərəcədə həm də xarici mühitin durumundan asılı olur. Bir qayda olaraq, ümumi iqtisadi artım, istehlakçılaırn gəlirlərinin artması satış həcmlərinin artmasını stimullaşdırır və firmanın gələcək inkişafına təsir göstərir. Əksinə, əlverişsiz ümumi iqtisadi vəziyyət, uzunmüddətli tənəzzül, biznesin fəaliyyətinə mənfi təsir göstərir. Böhran vəziyyəti firmanın məqsəd və hədəflərinin prinsipial şəkildə dəyişilməsinə gətirib çıxara bilər. Belə bir vəziyyətdə sağ qalmaq yaxud mövcudluğunu qorumaq firmanın daha priroritet məqsədinə çevrilə bilər. Mövcudluğunu qorumaq prinsipinin reallaşdırılması şirkətin bütün cəhdlərini, təşəbbüslərini və işçilərin potensialını səfərbər etmək, bunları kompleks şəkildə antiböhran siyasətinin işlənilməsinə yönəltmək iqtidarında olur.
Emprik təcrübələr göstərir ki, əksər firmalar artım və diversifikasiya məqsədlərinə üstünlük verirlər. Artım prinsipinin əsas götürülməsi firmanı özünün gələcəyini planlaşdırmağa məcbur edir ki, bu da gözlənilməz nəticələrin baş verməsi ehtimalını əhəmiyyətli dərəcədə azaldır.
Firmanın menecerial (idarəçilik) nəzəriyyəsinin nümayəndələrindən biri olan R.Marrisin fikrincə, artım və şaxələndirmə (diversifikasiya) məqsədlərinin elan olunması firma üçün mənfəətin maksimumlaşdırılması məqsədi ilə müqayisədə daha etibarlıdır. Onun arqumentləri belədir: müasir firmalar menecerlər tərəfindən idarə olunur, firmalar böyük artım templəri göstərdikdə menecerlər yüksək mükafat alırlar. Bu halda mənfəət mülkiyyətçi (səhmdar) tərəfindən dəqiq qiymətləndirilə bilinməyən göstərici olacaq, deməli həm də mənfəət əsasında menecerlərin fəaliyyətinə qiymət vermək kifayət qədər çətin olacaq. Bu halda satış həcminin artım göstəricisi firmanın fəaliyyətinin qiymətləndirilməsi üçün daha dəqiq və etibarlı meyar olacaq.
Bu nəzəriyyəyə görə, firmanın fəaliyyəti yalnız davamlı olaraq dəyişən bazar münasibətlərinə uyğunlaşmasına yönəlməməli, həm də fəaliyyət göstərdiyi mühiti özünün istəklərinə uyğunlaşdırmağı bacarmalıdır. Burada firma müxtəlif səviyyələrdə baş verən idarəetmə funksiyalarının qarşılıqlı fəaliyyətinin vahid sistemi kimi səciyyələndirilir. Bu halda əsas vəzifə həmin funksiyaların uzlaşdırılmasına nail olmaqdır, çünki firmanın davranışı müxtəlif səviyyələrə məxsus menecerlərin qarşılıqlı fəaliyyəti ilə qiymətləndirilir.
Firmaya institutsional yanaşmanın menecment nəzəriyyələri ilə birləşməsi firmaya “inkişaf edən təşkilat” yanaşmasını ortaya çıxardı. İnkişaf edən təşkilat kimi firmanın başlıca problemləri isə qeyri-müəyyənlik şəraitində firmanın investisiya strategiyası və böyüməsi (artım), təsərrüfat fəaliyyətinin sabitləşdirilməsi və genişləndirilməsi üçün iqtisadi inteqrasiya kimi məsələlərdir.