M hazir nin plan Firmaya neoklassik yana ma Firman n institut
Firmanın təkamül konsepsiyası. Bu yanaşma təkamül nəzəriyyəsinin əsas prinsipi olan çoxlu səviyyələr prinsipinin firmaya tətbiqi əsasında formalaşıb. Bu model də firmaya “inkişaf edən təşkilat” kimi yanaşılır. Bu yanaşmaya uyğun olaraq, firma interaktiv əlaqələrdə olan bir neçə səviyyədə (həm xarici, həm də daxili səviyyələrdə) eyni zamanda təkamül edir. Bir səviyyədə olan nizam digər səviyyələrin durumuna təsir göstərir.
Bu yanaşmanın müəlliflərindən biri olan C.Zaksın fikrincə, bütün - həm daxili, həm də xarici – səviyyələr diqqətə alındıqda, firmanın uğur qazanması üçün səmərəliliyin heç də yalnız iqtisadi yox, həm də ictimai (sosial) meyarları əhəmiyyətlidir. Əgər menecerlər firmanın özünün və ətraf mühitin davamlı dinamikası və artmaqda olan mürəkkəbliyi şəraitində uğurla işləmək istəyirlərsə, onda bunların nəzərə alınması qaçılmazdır. Çoxlu səviyyələr prinsipi həm də göstərir ki, bu səviyyələrin hər birində, hətta fərqli formalarda olsa da, hər iki təkamül qaydası işləyir: i) identikliyin (yəni fərdiliyin) saxlanılması cəhdi və ii) xarici mühitə uyğunlaşma (adaptasiya).
Firma üçün bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan fəallığın strateji əhəmiyyətli 5 səviyyəsi göstərilir:
Təməl (baza) sistem elementləri: belələri kimi sosial sistemlərdə “mem”lər (ingiliscə “meme”sözündən olub mədəni informasiya vahidi mənasını verir) çıxış edir. firmanın fəallığı 3 ölçüdə - humanitar, institsional və məzmun müstəvilərində - baş verir. Humanitar ölçüdə “memlər” – firmanın başlıca dəyərləridir. İnstitutsional ölçüdə “memlər” – ideyalar və prinsiplərdir ki, bunlar əsas proseslərin və strukturların işlənilməsində tətbiq olunur. Məzmun ölçüsündə “memlər” isə - başlıca səriştələrdir (kompetensiyalar);
Əmtəə-bazar kombinasiyası səviyyəsi – strategiya nəzəriyyəsinin başlıca obyektidir. Bu səviyyədə orta səviyyəli menecmentin funksiyası və firmanın strategiyasının işlənilməsi zamanı onun yuxarı (ali) idarəetmə orqanları ilə qarşılıqlı fəaliyyəti ön plana çıxarılır;
Müəssisə səviyyəsi. Strateji nəzəriyyə çərçivəsində bu səviyyə çox zaman strateji təsərrüfat vahidlərinin portfel menecmenti sferasına daxil edilir. faktiki olaraq məhz bu səviyyədə təkamül nəzəriyyəsinin yuxarıda qeyd edilən 2 prinsipinin əlaqələndirilməsi həyata keçirilir;
Alyanslar səviyyəsi. Təkamül nəzəriyyəsinə əsasən təsərrüfat subyektləri üçün rəqabət aparmaqdansa kooperasiyaya getmək çox zaman faydalı olur. Kommersiya qurumları ilə yanaşı həm də qeyri-kommersiya qurumları belə alyansların tərəfdaşı ola bilər. Uğurlu alyanslar, xüsusilə qeyri-kommersiya maraqları olan qurumlarla ittifaqlar firmanın təkamülünü gücləndirə bilər;
Cəmiyyət səviyyəsi. Özünün davamlı inkişafını təmin etmək üçün firma öz mövqeyini daha geniş sosial konteksdə qiymətləndirməyi mütləq bacarmalıdır. Müasir dövrdə firmaların öz üzərinə korporativ sosial məsuliyyət götürmələri, cəmiyyətin müxtəlif səviyyələrində sosial proqramlar həyata keçirmələri firma fəaliyyətinin əhəmiyyətli elementinə çevrilib.