Mühazirənin planı : Firmaya neoklassik yanaşma Firmanın institutsional nəzəriyyəsi və modelləri



Yüklə 104,21 Kb.
səhifə3/13
tarix13.12.2022
ölçüsü104,21 Kb.
#74235
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13
M hazir nin plan Firmaya neoklassik yana ma Firman n institut

Firmanın prinsipal-agent modeli. Firmanın neoinstitusional nəzəriyyəsində “prinsipal-agent” problemi də nəzərdən keçirilir. Bu, müxtəlif dərəcədə informasiyaya malik qeyri-bərabər aktorlar – prinsipal və agent - arasında idarəetmə vəziyyətinin anlaşılması üçün yaradılan nəzəri modeldir. Burada prinsipal, yəni tapşırıq verən şəxs (məsələn, resurs sahibi, investor, torpaq sahibi, rəhbər və s.) daha yuxarı ierarxiya mövqeyində olur və qarşıya qoyulan vəzifənin onun maraqlarına uyğun həllini gözləyir; digər tərəfdən isə, agent - tapşırığı yerinə yetirən şəxs (menecer, broker, icarədar, işçi və s.) – isə aşağı ierarxiya mövqeyində yerləşir, prinsipalla müqayisədə daha böyük informasiyaya malik olur ki, bu informasiyadan da ya prinsipalın ya da özünün maraqlarına uyğun istifadə edə bilər. Bu, transaksiya xərcləri nəzəriyyəsi il birbaşa bağlıdır. Yuxarıda qeyd olunan opportunist davranışlarının və natamam (asimmetrik) informasiyanın mövcudluğu səbəblərdən bu problemi öyrənmək mühüm əhəmiyyət kəsb edir.
Amerikalı iqtisadçılar M. Censen və V.Meklinq 1976-cı ildə yazdıqları “Firma nəzəriyyəsi: idarəetmə davranışları, agent xərcləri və mülkiyyətin strukturu” əsərində iri amerikan şirkətlərinin idarə edilməsi problemlərini araşdırmaqla prinsipal-agent nəzəriyyəsini inkişaf etdiriblər. Onlar əməkdaşların (xüsusilə menecerlərin) firmaların maddi vəsaitlərini öz maraqları üçün istifadə etmək istəklərini necə azaltmaq məsələsini qaldırıblar.
Prinsipal agentin bütün hərəkətlərinə nəzarət etmək qabiliyyətinə və tam informasiyaya malik olmadığından agentin opportunist davaranışları, yəni ona verilmiş hüquqlardan şəxsi maraqları naminə istifadə meylləri müşahidə olunur. Bunun nəticəsində əslində ən sərfəli nəticəni (onun üçün mümkün olan) agent əldə edir, amma natamam məlumatlılıq üzündən prinsipal elə bilir ki, o özü üçün mümkün ən yaxşı nəticəni əldə edib. Burada mənəvi risk (ingiliscə moral hazard) problemi meydana çıxır. Bu problemin həlli üçün müxtəlif strategiyalar təklif olunur. Məsələn, etimadlı münasibətlərin qurulması, ümumi və etibarlı informasiya və hesabatlılıq sisteminin yaradılması və s..

Yüklə 104,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin