Paroksizmal taxikardiyalar dedikdə ürəkdə ektopik ocaqlarda patoloji impulsların tutmaşəkilli və qəflətən artması nəzərdə tutulur. O halda paroksizm taxikardiyasından danışılır ki, ektopik mənbələrin sayı 3-5-dən çox olur və bu ocaqlarda yaranan impulsların sayı 1 dəqiqədə 160-220 arasında tərəddüd edir.
Ürəkdə keçiriciliyin pozulması ilə əlaqədar olan aritmiyalar. Ürəkdə keçiriciliyin pozulması impulsların ötürülməsinin blokadası və ya sürətlənməsi şəklində təzahür edə bilər. Bu dəyişikliklər davametmə müddətinə görə müvəqqəti və daimi olur.