Mühazirənin planı : Qan dövranı çatışmazlığı Ürək çatışmazlığı Damar çatışmazlığı


Qulaqcıq-mədəcik ekstrasistoliyası



Yüklə 59,51 Kb.
səhifə30/42
tarix02.01.2022
ölçüsü59,51 Kb.
#39787
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   42
rək-qan dam.patologiyaları (1)

Qulaqcıq-mədəcik ekstrasistoliyası zamanı əlavə impuls mənbəyi atrioventrikulyar düyündə olur. Bu düyünün yuxarı və orta hissəsindən başlanğıc götürən oyanma dalğası iki istiqamətdə: mədəciklərdə normal, qulaqcıqda isə retroqrad yayılır. Bu zaman EKQ-də mənfi P dişciyi və normal QRS kompleksi qeydə alınır. Ekstrasistoliyadan sonrakı diastolik interval bir qədər uzanmış olur.

Mədəcik ekstrasistoliyaları üçün ürəyin növbədənkənar yığılmalarından sonra kompensator pauzanın olması xarakterikdir. Bu onunla əlaqədardır ki, mədəcikləri əhatə edən oyanma dalğası atrioventrikulyar düyündən qulaqcığa ötürülmür və sinus düyünündən xaric olan növbəti normal oyanma impulsu mədəciklərin refrakter fazasına düşdüyündən yayıla bilmir. Mədəciklərin növbəti yığılması yalnız ona yeni normal impuls dalğası çatan zaman baş verir.

Mədəcik ekstrasistoliyası zamanı oyanma dalğası birbaşa və retroqrad istiqamətlərdə yayıldığından EKQ-də şəklini dəyişmiş QRS kompleksi nəzərə çarpır.

Ekstrasistoliyaların növ müxtəlifliyi aşağıdakılardır:



  • Alloritmiyadedikdənormal ürək yığılmalarının ekstrasistoliyalarla müəyyən ardıcıllıqla növbələşməsi nəzərdə tutulur. Ən çox rast gələn formaları: bigeminiya – bir normal ürək yığılmasından sonra ekstrasistoliya; trigeminiya – iki normal yığılmadan sonra ekstrasistoliya; kvadrigeminiya – üç normal ürək yığılmasından sonra baş verən ekstrasistoliyaya deyilir;

  • Parasistoliyadedikdə eyni vaxtda 2 və daha çox əlaqəli olmayan patoloji impuls mənbəyinin bütünlüklə ürəyin və ya onun ayrı-ayrı hissələrinin yığılmasına səbəb olması nəzərdə tutulur.


Yüklə 59,51 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin