Mühazirənin planı : Qan dövranı çatışmazlığı Ürək çatışmazlığı Damar çatışmazlığı



Yüklə 59,51 Kb.
səhifə38/42
tarix02.01.2022
ölçüsü59,51 Kb.
#39787
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
rək-qan dam.patologiyaları (1)

Arterial hipertenziyalar. Arterial hipertenziya adı altında arterial təzyiqin davamlı olaraq yüksək səviyyədə qalması nəzərdə tutulur. Statistikaya görə ürək-damar patologiyalarının təxminən 40%-i arterial hipertenziyaların payına düşür.

I-liII-li hipertenziyalar ayırd edilir. I-li arterial hipertenziyalar zamanı arterial təzyiqin artması müxtəlif orqan və sistemlərin patologiyaları ilə əlaqədar deyil və etiologiyası tam aydınlaşdırılmamışdır. Hipertenziyanın bu növü müxtəlif ölkələrdə “essensial hipertoniya” və “hipertoniya xəstəliyi” adı altında tanınır və arterial hipertenziyaların 85%-ini təşkil edir. II-li arterial hipertenziyalar müxtəlif orqan və sistemlərdə meydana çıxan patoloji proseslərin nəticəsi kimi inkişaf edir və “simptomatik arterial hipertenziya” adlandırılır.

Hipertoniya xəstəliyinin inkişafına şərait yaradan risk amillərinə psixoemosional gərginlik, iris meyllik, qidada xörək duzunun həddən çox qəbulu, piylənmə, şəkərli diabet, hipodinamiya, zərərli vərdişlər və s. aiddir.

ÜST-nın verdiyi təsnifata görə hipertoniya xəstəliyinin inkişafında 3 mərhələ ayırd edilir:

I mərhələ. Sistolik təzyiq sakitlikdə 160-179 mm c.st, diastolik təzyiq isə 95-104 mm c.st arasında tərəddüd edir. Bu zaman ürək-damar sistemində üzvi dəyişikliklər qeyd olunmur.

II mərhələ. Sistolik təzyiq sakitlikdə 180-200 mm c. st, diastolik təzyiq 105-114 mm c.st arası dəyişir. Bu mərhələ üçün hipertonik krizlər xarakterikdir. EKQ-də və rentgenoloji müayinədə ürəyin sol mədəciyinin hipertrofiyası qeydə alınır.

III mərhələ. Sistolik təzyiq 200-230 mm c. st-dan çox olub, həm də daha davamlı xarakter daşıyır. Tez-tez təkrarlanan hipertonik krizlər müşahidə olunur. Bu isə insult və ya miokard infarktının inkişafı ilə nəticələnə bilər. Bu mərhələdə sol mədəciyin hipertrofiyasından başqa, digər orqanlarda da aydın nəzərə çarpan dəyişikliklər müşahidə edilir.

Simptomatik və ya II-li arterial hipertenziyalar. Simptomatik hipertenziyalar arterial hipertenziyaların 10-15%-ni təşkil edir. Simptomatik hipertenziyaların böyrək (qlomerulonefrit, pielonefrit zamanı), endokrin (tirotoksikoz, feoxromasitoma zamanı), neyrogen, dərman (adrenomimetiklər, vazopressin təsirindən), ürək-damar patologiyaları (bəzi qapaq qüsurları, aortanın koarktasiyası zamanı), həddən artıq duz qəbulu ilə əlaqədar (“duz” hipertenziyaları), hemodinamik (dövr edən qanın həcmi və reoloji xüsusiyyətləri artan zaman) və qarışıq formaları ayırd edilir.


Yüklə 59,51 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin