Mühazirənin planı : Qan dövranı çatışmazlığı Ürək çatışmazlığı Damar çatışmazlığı



Yüklə 59,51 Kb.
səhifə36/42
tarix02.01.2022
ölçüsü59,51 Kb.
#39787
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   42
rək-qan dam.patologiyaları (1)

` Mədəciklərin titrəməsi zamanı EKQ-də qeyri-müntəzəm, tezliyi dəqiqədə 150-300 olan dalğalar qeydə alınır. Bu zaman QRS kompleksi kəskin deformasiyaya uğrayır, çox zaman S-T seqmentini və T dişciyinı ayırmaq mümkün olmur.

Mədəciklərin fibrilyasiyası ayrı-ayrı əzələ liflərinin və ya onların kiçik qruplarının xaotik asinxron oyanmasıdır. Bu, ürəyin dayanması və qan dövranının kəsilməsi ilə nəticələnə bilər. Aritmiyaların bu növü çox təhlükəli olub, təcili yardım göstərilməzsə, 3-5 dəqiqə ərzində ölümlə nəticələnə bilər. EKQ-də kiçik amplitudalı, müxtəlif formalı, tezliyi dəqiqədə 300-600 olan dalğalar qeydə alınır, QRS kompleksləri daha dərin deformasiyaya uğrayır, R dişlərinin amplitudası getdikcə azalır, bəzən isə tamamilə itir, asistoliya və ürəyin qəfləti dayanması baş verir.

Mədəciklərin fibrilyasiyası zamanı ən effektli müalicə qısa müddət ərzində (0,1-0,2 saniyə) ürəkdən yüksək gərginlik (2000-6000 V) keçirməkdir (mədəciklərin defibrilyasiyası və ya elektroşok). Bu tədbirin əsas mahiyyəti ürəyin ani dayandırılması və onu sinxron yığılmağa məcbur etməkdən ibarətdir.

Ürəkdə yığılmanın pozulması ilə əlaqədar olan aritmiyalar. Ürəyin yığılma qabiliyyətinin pozulması təkcə avtomatizm, oyanma və keçiriciliyin pozulması ilə deyil, həmçinin miokardın energetik və plastik təchizatındakı dəyişikliklərlə əlaqədar ola bilər. Bu səbəbdən yaranan aritmiyalar zamanı normal və zəifləmiş ürək yığılmaları bir-birini əvəz edir, yəni miokardın patoloji prosesə məruz qalmış hissəsində refrakter dövrün uzanması ilə əlaqədar həmin nahiyə ürəyin hər yığılmasında iştirak etmir (nəbzin alternasiyası). Alternasiya edən nəbzə miokardın iltihabi proseslərində və ağır intoksikasiyalarda rast gəlinir. Aritmiyaların bu növündə nəbz defisiti də yarana bilər.


Yüklə 59,51 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin