Mühazirənin planı: Oliqopoliyada miqdar rəqabəti: Kurno modeli Çemberlinin duopoliya modeli


Oliqopoliyada qiymət rəqabəti: Bertran və Ecuort modelləri



Yüklə 0,85 Mb.
səhifə15/26
tarix30.12.2021
ölçüsü0,85 Mb.
#49069
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   26
ASEU TEACHERFILE WEB 211296251532800029.docx 1597687567

4. Oliqopoliyada qiymət rəqabəti: Bertran və Ecuort modelləri

1883-cü ildə fransız riyaziyyatçısı və iqtisdçısı Jozef Bertran (Joseph L. F. Bertrand) dəyişən rolunda istehsal həcminin yox, qiymətin çıxış etdiyi oliqopoliya modelini təklif etdi. Bertran modeli (yaxud Bertran rəqabəti) – oliqopoliya bazarlarında öz məhsulunun qiymətini dəyişməklə rəqabət aparan firmaların davranışlarını təsvir edir.

Bertran modeli aşağıdakı şərtlərə əsaslanır:


  1. bazarda yekcins məhsullar istehsal edən 2 firma fəaliyyət göstərir və onların hər biri mənfəətini maksimumlaşdırmağa çalışır;

  2. firmalar sövdələşmələrə getmirlər (qeyri-kooperativ davranırlar);

  3. firmaların son hədd xərcləri (MC) bərabər və sabitdir;

  4. məhsula tələb funksiyası xəttidir;

  5. firmalar öz məhsullarına qiymət qoymaqla rəqabət aparırlar, qiymətləri isə müstəqil şəkildə və eyni zamanda təyin edirlər, yəni model statik xarakterə malikdir;

  6. qiyməti təyin etdikdən sonra hər bir firma öz məhsuluna olan tələb miqdarında məhsul istehsal edə bilər;

  7. əgər qiymətlər fərqli olarsa, istehlakçılar daha ucuz malları alırlar (əgər i firmasının təyin etdiyi pi qiyməti j firmasının təyin etdiyi pj qiymətindən aşağıdırsa, onda i firmasının məhsuluna tələb D (pi), j firmasının məhsuluna olan tələb isə 0 olacaq;

  8. qiymətlər eyni (pi = pj = p) olduqda, firmaların məhsulları eyni qədər alınır (½ D(p)).

Bertran modeli 2 firmanın iştirak etdiyi duopoliya bazarı əsasında təsvir olunub. Burada hər bir firma rəqibinin güman olunan qiymətini dəyişməz hesab edir. Firmaların məhsulları tamamilə yekcins olduğundan, daha aşağı qiymət təyin edən firma bütün tələbi özünə cəlb edə bilir.

Qeyd olunduğu kimi, 1-ci firmanın optimal qiyməti 2-ci firmanın təyin edəcəyi qiymətlə bağlı onun (1-ci firmanın) proqnozundan asılıdır və əksinə. Bu zaman firmaların 3 yolu var:



  • Fərz edək ki, 1-ci firma 2-cinin inhisar qiymətini üstələyən qiymət təyin edəcəyini güman edir. Bu halda 1-ci firma üçün optimal strategiya qiyməti inhisar qiyməti səviyyəsinə endirməkdir. Bununla o, bütün bazar tələbini özünə çəkir və inhisar mənfəəti (mümkün maksimum mənfəəti) əldə edir;

  • Əgər 1-ci firma 2-cinin inhisar qiymətindən aşağı, lakin son hədd xərclərindən yüksək qiymət təyin edəcəyini güman edirsə, onda onun (1-ci firma) üçün optimal strategiya 2-ci firmanın qiymətindən cüzi aşağı qiymət təyin etməkdir: daha yüksək qiymət halında həm tələb, həm də mənfəət 0-a bərabər ola bilər; daha aşağı qiymət halında isə 1-ci firma bütün tələbi özünə çəksə də, daha az mənfəət əldə etmiş olar;

  • Nəhayət, əgər 1-ci firma 2-cinin son hədd xərclərdən aşağı qiymət qoyacağını güman edirsə, onda 1-ci firma üçün optimal strategiya 2-ciyə nisbətən daha yüksək, məsələn, son hədd xərcləri səviyyəsində, qiymət təyin etməkdir.

Qeyd olunan bu optimal strategiyalar 1-ci firmanın 2-ci firmanın qərarlarına ən yaxşı reaksiyaları göstərir. Ümumi halda, i firmasının ən yaxşı reaksiyası (buna reaksiya funksiyası da deyilir) j firmasının istənilən qiymətində i firması üçün optimal qiyməti verən (pj) funksiyası hesab olunur.

Şəkil 7.10-da 1-ci firmanın (p2) reaksiya əyrisi təsvir olunub, eyni zamanda qrafikdə koordinat oxlarında firmaların mümkün strategiyaları əks olunur.






Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin