Şəkil 7.10. Bertran modeli: 1-ci firmanın reaksiya əyrisi
Yuxarıda qeyd edilənlərə uyğun olaraq:
p2 MC təyin edildikdə, 1-ci firma p1 = MC qiymətini seçir;
MC p2 pM olduqda, 1-ci firma p2-dən cüzi aşağı olan p1-i seçir: p1 p2
Nəhayət, p2 pM olduqda, 1-ci firma p1 = pM qiymətini təyin edir.
2-ci firma da 1-ci firma kimi eyni son hədd xərclərinə malik olduğundan, onun da reaksiya funksiyası elə 1-ci firmanın reaksiya funksiyasına oxşardır, yəni 2-ci firmanın reaksiya xətti 45o-li bucaq altında gedən xəttə simmetrikdir. Şəkil 7.11-də 1-ci firmanın reaksiya əyrisi ilə yanaşı, 2-ci firmanın da reaksiya əyrisi (p1) təsvir olunub.
Burada Nəş tarazlığı elə qiymətlər cütü şəklində verilib ki, həmin strategiyalar zamanı firmalar birtərəfli qaydada qiyməti dəyişməklə öz mənfəətlərini artıra bilmirlər. Şəkil 7.11-də Nəş tarazlığı - firmaların reaksiya əyrilərinin kəsişməsi nöqtəsi olan N nöqtəsi ilə verilib. Mahiyyətcə, bu nöqtədə p1 = (p2) və p2 = (p1).
Dostları ilə paylaş: |