MüLKİ aviASİyada “İnsan amiLİ” problemi


CRM. PRİNSİPLƏR VƏ ƏSAS TƏLƏBLƏR



Yüklə 440,43 Kb.
səhifə11/15
tarix02.01.2022
ölçüsü440,43 Kb.
#43081
1   ...   7   8   9   10   11   12   13   14   15
Aviasiyada insan amili 13.03.2014

6. CRM. PRİNSİPLƏR VƏ ƏSAS TƏLƏBLƏR
Dünyamiqyaslı aviasiya qəzalarının statistikası hər dörd aviasiya hadisəsin­dən üçünün insan orqanizminin funksional etibarlılığından asılı olduğunu qeyd edir. Aviasiyada təhlükə­sizlik səviyyəsinin yüksək olmasına baxma­ya­raq, müasir avi­asiya nəqliyyat sisteminin bütünlüklə avtomat­laş­dı­rıl­ması in­sanın səhv davranışını daha da labüdləşdirir. Elə buna görə də uçuşların təhlü­kə­sizliyi ilə bağlı mübarizədə əsas istiqamət insanın üzərinə yönəlmişdir.

Uçuş Heyəti Resurslarının İdarə olun­ması (CRM) konsepsiyası insan, texnika, məlumatlarla bağlı resursların düzgün tətbiq ed­i­l­məsi, həmçinin heyətdaxili və heyətin digər insanlarla münasibətlərinin yük­səl­dil­məsinə yönələn uçuşların effektivliyi və təhlükəsizliyinin artırılması üçün hazırlanmış tədbirlər sistemi­dir.

CRM – insan amilinin prinsiplərinin təcrübi yolla tət­biqi alətidir. İnsan amilin­dən fərqli olaraq, CRM daha sadə və aydın qaydalar sistemi olub, XX əsrin əvvəl­lə­rində sənaye sahəsində meydana gəlmişdir. CRM-in tətbiqi ilə bağlı ilk təcrübələr XX əsrin 40-cı illərinə (US Airforce) təsadüf edir. Mülki aviasiyada CRM-in tətqiqi bir neçə mər­hələdən ibarət olub, müasir dövrümüzdə də onun inkişafı və təkmilləşdirilmə­si da­vam edir.




Yüklə 440,43 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin