MüLKİ aviASİyada “İnsan amiLİ” problemi



Yüklə 440,43 Kb.
səhifə1/15
tarix02.01.2022
ölçüsü440,43 Kb.
#43081
  1   2   3   4   5   6   7   8   9   ...   15
Aviasiyada insan amili 13.03.2014

S.T. MİRZƏYEVA



AVİASİYADA

İNSAN AMİLİ




Metodik vəsait





BAKI - 2014




Rəyçilər:


S.M. Məcidova - Bakı Dövlət Univer­si­te­tinin “Gender və tətbiqi psixologiya” kafedrasının professoru, psixologiya elmləri doktoru.





B.M. Mirzəyev - “Azəraeronaviqasiya” Hava Hərə­kə­ti İdarəsinin HHİE Vahid Sisteminin Baş Mərkəzinin rəisi, texnika üzrə fəlsəfə doktoru.





F.H. Dadaşov - Milli Aviasiya Akademiyasının “Aviasiya psixofiziologiyası və reabilitasiyası” kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru.


Sitarə Tariyel qızı Mirzəyeva. Aviasiyada insan amili. Bakı, MAA-nın Poliqrafiya Mərkəzi, 2014. - 56 səh.

Metodik vəsait uçuş heyəti, dispetçer və təy­yarə bə­ləd­çiləri, Uçuşların Təhlükəsizliyi İdarəsinin mütə­xəssisləri, Milli Avi­asiya Akademi­­yasının Aviasiya Personalının Hazırlıq Mər­kə­zinin dinləyiciləri və tələbələri üçün nəzərdə tutul­muş­dur.


Ö N SÖZ

Son illərdə aviasiya qəzalarını təhlil edərkən “insan amili” anlayışı ilə tez-tez rastlaşırıq. İlk növbədə, gö­zümün önündə tibbi sağlamlıq haqqında həkim rəyi ver­di­yim təyyarəçilər canlanır. Risk amilli, yüksək məsuliyyət hissi, fiziki və psixoloji sağlamlıq tələb edən təyyarəçi pe­şə­sinin, mən deyərdim ki, heç bir analoqu yoxdur. Dü­şü­nürəm ki, ekstremal gərginliklə, dəqiq qərar qəbulu və mən­tiqi təfəkkürün aktivliyi ilə seçilən bu peşənin elmi-prak­tik tədqiq edilməsi daim aktual olacaqdır. Psixologiya üzrə fəlsəfə doktoru Sitarə Tariyel qızı Mirzəyevanın “Aviasiyada in­­san amili” adlı metodik vəsaitində təyyarəçinin şəxsi-fərdi key­fiy­yətləri öyrənilməklə yanaşı, onların bir sıra tibbi-fiziki sağlamlıq vəziyyətlərinin təh­li­li də nəzərdən keçirilmişdir. Müəllif çalışdığı praktik-təcrübi sahədə əldə etdiyi empirik tədqiqat üsullarını elmi cəhətdən oxucuya dəqiqliklə çatdırmışdır.

Müasir aviasiya hadisələrində insan amilini təd­qiq edən ICAO-nun tövsiyə etdiyi “SHEL” nə­zəriyyəsi, Dövlət­lər­arası Aviasiya Komitəsinin tövsiyə etdiyi “Psixi fəaliyyət nəzəriyyəsi” və mü­asir “Rizon” modeli metodik vəsaitdə sxem və illüstra­si­yalar vasitəsilə izah olunmuşdur.

Metodik vəsait aviasiya mütəxəssisləri ilə yanaşı aviasiya həkimləri üçün də dəyərli elmi-təcrübi məlumat mənbəyidir.




Yüklə 440,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin