MüLKİ aviASİyada “İnsan amiLİ” problemi


Subyekt - subyekt (“L-L”)



Yüklə 440,43 Kb.
səhifə9/15
tarix02.01.2022
ölçüsü440,43 Kb.
#43081
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Aviasiyada insan amili 13.03.2014

Subyekt - subyekt (“L-L”) “insan-insan” – uçuş heyəti üzvlərinin uçuş işi prosesində dispetçerlərlə apardığı qarşılıqlı ünsiyyətdir. Bu, onların davranışlarına və işəyararlı­lı­ğına təsir edir. Uçuş heyətinin işəyararlılığına təsir edən amil­lərdən fiziki, fizioloji, psixoloji və psixososial amilləri nəzər­dən keçirək.

  1. Fiziki amillər insanın fiziki imkanları ilə yerinə yetirilən tapşırıqların həllinə yönəlmişdir, məsələn, fiziki gücü, boyu, çəkisi, görmə və eşitmə sistemi.

  2. Fizioloji amillər insanın daxili fiziki proseslərini tənzimləyərək, onun fiziki və psixi (dərketmə) proseslərinə mənfi təsir göstərir, məsələn, hipoksiya, stresslər, ümumi sağlamlıq və­ziy­yəti, siqaret, içki və narkotik maddələrin qəbulu, yorğunluq və hamiləlik.

  3. Psixoloji amillər fərdin bütün şəraitlərə psixoloji hazırlığına təsir edən amillərdir. Bu peşəkar hazırlığın adekvatlığı, bilik, təcrübə və iş yüklənməsi zamanı özünü büruzə verir. Fərdin psixoloji hazırlığına motivasiya və vəziyyəti düzgün qiymətləndirmə, riskli davranışa münasibət, özünəinam və stressi aid etmək olar.

  4. Psixososial amillər fərdin sosial sistemdə bütün xarici mühitdən qəbul etdiyi və ona iş prosesi və qeyri-iş prosesi zamanı təsir edən amillərdir, məsələn: müdiriyyət ilə münaqişə, əmək münaqişələri, ailə üzvlərinin itkisi, şəxsi maliyyə problemləri və ya digər ailə münasibətləri.

Bu interfeys komandada liderlik, əməkdaşlıq, qarşılıqlı əlaqə və şəxsiyyətlərarası münasibət proseslərini əks etdirir. Pilot kabinəsində uçuş heyətinin işinin optimallığı konsepsiyasının – CRM-in (Crew Resource Ma­nagement – Heyətin resurslarının idarə edilməsi) yaranması ilə əlaqədar bu interfeysə diqqət mütəmadi olaraq artır. Eyni zamanda bu interfeysdə bütövlükdə aviamüəssisənin kollektivi ilə rəhbərliyi arasında olan münasibətlər, həmçinin kollektivin psixoloji uyğun­laşması prosesi müşahidə olunur.

Göründüyü kimi, təhlükəli amillərin interfeyslərin sərhədlərindən kənarlaşmaması üçün diqqətli olmaq vacibdir. İnterfeyslərdən bu problemləri uzaqlaşdırmaq üçün aşağıdakı tədbirlər məqsədəuyğundur:

  • Layihəçi istismar şəraitində avadanlığın etibarlılığını təmin edə bilər;

  • Sertifikatlaşdırma prosesində tənzimləyici orqan avadanlığın istifadə edilməsi şəraitini yarada bilər;

  • Müəssisənin rəhbərliyi müvafiq avadanlığın təhlükəsiz istifadəsi üçün ilkin və növbəti, yenidən hazırlığı təmin edə bilər;

  • Hər bir operator avadanlığı istənilən zəruri istismar şəraitində öyrənib, onun təhlükəsiz istifadəsini inamla təmin edə bilər.

CRM – insanın səhvlərinin qəzaya səbəb ola biləcək fəaliyyət sahələrində personalın öyrədilməsi metodikasıdır. CRM diqqəti texniki biliklərə deyil, bir kabinədə komanda və ya heyət üzvlərinin liderlik və qərarların qəbulu da daxil olmaqla münasibətlərinə yönəldir.

CRM - uçuşun təhlükəsizliyi və effektivliyini təmin edən insanın, texnikanın, məlumatların imkan­larının düzgün tətbiq edilməsini müəyyən edən tədbirlər sistemidir. CRM ekipaj daxilində və sistemin digər komponentləri ilə ekipajın qarşılıqlı əlaqəsinin yüksəldilməsinə çalışır.

CRM - insan amili prinsiplərinin praktik tətbiq alətidir. İnsan ami­lindən fərqli olaraq, CRM daha aydın qay­dalar sisteminə malikdir. Artıq XX əsrin əvvəllərində sənayedə tətbiq olunan CRM-in aviasiyaya tətbiqi həmin əsrin 40-cı illərinə təsadüf edir. Mülki aviasiyada onun tətbiqi bir neçə mər­hələdən keçərək müasir dövrümüzdə belə mütəmadi inkişaf edir. Uçuş heyətinin peşəkar hazırlığı prosesində CRM ilk növbədə davranışın stabil vərdişlərinin inkişafına yönəlir. CRM-in əsas təlim üsulu təcrübədir. Təcrübənin effektivlik şərtlərindən biri isə onu real uçuş şəraitində əldə etməkdir. CRM - bir dəfə deyil, fasiləsiz tədbirlər prosesidir. CRM prosesi qarşılıqlı əlaqə sisteminin effektivliyinə yönələrək, heyətin fikirlərini, effektiv hazırlıq proqramlarını, nəticələrə nəzarəti təmin edir.

Müasir dövrümüzdə Milli Aviasiya Akademiyasının Aviasiya Personalının Ha­zır­lığı Mərkəzində “İnsan amili və CRM” kurslarının tədrisi bu zərurətdən yaran­mış­dır. Uçuş he­yə­ti­nin psixoloji durumu, psixofizioloji vəziyyəti və pe­şə­karlıq səviyyəsi insan amilinin əsas tərkib hissələrindəndir. Peşəkarlıq səviyyəsi ilk növbədə bilik, təcrübə və bacarıqla tən­zim­lənir. Bütün tədbir və tədqiqatlara baxmayaraq, “insan ami­li” adlan­dır­dı­­ğı­mız uçuş heyətinin səhv hə­­rəkətləri azal­mayaraq, mütə­madi olaraq artır. Müasir təy­yarəçidən psi­xo­­loji, psixo­fizi­o­loji, ey­ni zamanda bilik və təcrübə ilə tən­zim­lənən peşə­kar xü­su­siy­yət­lər tələb olunur. Bu isə öz növ­bəsində yüksək peşə­kar­lıq­dan, tre­na­jor hazır­lığın­dan, adekvat istira­hət rejimi və uçuş saat­la­rından, tibbi sağlam­lıqdan bila­vasitə asılı­dır.




Yüklə 440,43 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin