MüLKİ aviASİyada “İnsan amiLİ” problemi


İNSAN AMİLİ ÜZRƏ ICAO TÖVSİYƏLƏRİ



Yüklə 440,43 Kb.
səhifə6/15
tarix02.01.2022
ölçüsü440,43 Kb.
#43081
1   2   3   4   5   6   7   8   9   ...   15
Aviasiyada insan amili 13.03.2014

4. İNSAN AMİLİ ÜZRƏ ICAO TÖVSİYƏLƏRİ

VƏ “SHEL” MODELİ
1986-cı ildə ICAO Assambleyasının A26-9 Qətnaməsinə əsasən, insan amili ilə bağlı tövsiyələr qəbul edildi. 1995-ci ildə isə 6-cı Əlavəyə əsasən (düzəliş 21), uçuş heyəti üzvlərinin hazırlıq proqramına insan amili ilə əlaqədar, insanın imkanları sahəsində biliyin əldə edilməsi üzrə təlimatın işlənməsi (9683-AN/950), artıq 2001-ci ildə isə Əlavə 1-ə əsasən (düzəliş 163), təyyarəçiyə, digər heyət üzvlərinə, havada hərəkəti idarə edən dispetçer və hava gəmisinin texniki xidmət mütəxəssisinə insanın imkan və məhdudiyyətləri ilə bağlı zəruri biliklərin olması bir tələb olaraq qəbul edildi.

İnsan amili sahəsində təhsil üzrə Təlimat (9683-AN/950, 1998) və “Aviasiya hadisələrinin qarşısının alınması üzrə” Təlimat (9422-AN/923, 1984) kimi əsas sənədlər insan amili sahəsində hazırlığa qoyulan tələbləri müəyyən edərək, “ ... hər dörd aviasiya qəzasından üçü insanın səhv hərəkətləri nəticəsində baş verir ....” fikrini bildirir.

Bununla əlaqədar olaraq, ICAO-nun təqdim etdiyi aparıcı nəzəriyyələrdən biri “SHEL” modelidir. İnsan amili sahəsində təhsil üzrə Təlimata (9683-AN/950, 1998) əsasən, insan amilini anlamaq üçün mərhələli yanaşmanı əsas tutaraq insan amilinin müxtəlif komponentlərini əks etdirən “SHEL” modelinə müraciət olunur.

İlk dəfə 1972-ci ildə professor Elvin Edvards tərəfindən işlənilən “SHEL” modeli 4 elementin baş hərfləri əsasında yaranmışdır: Software, Hardware, Environment, Liveware. 1975-ci ildə Frenk Xokins tərəfindən sxematik verilmiş “SHEL” modeli (şəkil 4.1) bu komponentləri aşağıdakı kimi təqdim etmişdir:

Liveware - subyekt (insan)

Hardware - obyekt (maşın)

Software - əməliyyatlar (qaydalar, simvollar, Təlimat)

Environment - mühit




Şəkil 4.1. “SHEL” modeli
Səkil 4.1-dən göründüyü kimi, insan anlayışı “SHEL” modelinin mərkəzində du­rmaqla sistemin digər komponentləri ilə uyğunlaşmalıdır. 1983-cü ildə N.F.Mi­xay­lik insan və texnikanın uyğunluğu üzrə meyarlarla çıxış etmiş, “insan-tex­ni­ka-mü­hit” sistemində insanın fəaliyyətinin təhlilini verməyə çalışmışdır. Bu meyarlara sürət, hərə­kət, dəqiqlik, etibarlılıq, mütəhərriklık və idarəetmə daxil­dlr. Hər meyar “insan-hava gə­misi-mühit” sisteminə uy­ğun­laşdırılmalıdır.

Son illərin aviasiya qəzalarının tədqiqi göstərir ki, təyyarəçi ilə hava gəmisinin erqonomik uyğun­suz­luğu hər 5 meyar ilə, xüsusilə idarə­etmə və sürətlə şərt­lən­məlidir.

Qeyd etmək lazımdır ki, Edvarsın fikrinə əsasən, insan amili ilə bağlı bütün problemlər interfeyslərdə cəmlənir (şəkil 4.1). N.F.Mixaylikin “... hava gə­mi­si qəzasının baş verməsi təyyarəçinin şüurunda baş verən fəlakətin nəticəsidir ...” fikri isə insan amili probleminə ilk öncə psixoloji tərəfdən yanaşmanı təsdiqlədi.

Aviasiya sisteminin müxtəlif komponentləri ara­sın­da qarşılıqlı əlaqəni əyani təsəvvür etmək üçün “SHEL” modeli xüsusi əhəmiyyət kəsb edir. “SHEL” modelinin interfeyslərinə bir daha nəzər salaq:




Yüklə 440,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin