MüLKİ aviASİyada “İnsan amiLİ” problemi


Şövkətxanım Ataməlibəyova



Yüklə 440,43 Kb.
səhifə2/15
tarix02.01.2022
ölçüsü440,43 Kb.
#43081
1   2   3   4   5   6   7   8   9   ...   15
Aviasiyada insan amili 13.03.2014

Şövkətxanım Ataməlibəyova

Azərbaycan Hava Yolları” QSC-nin



Tibb-Sanitar İdarəsinin rəisi,

əməkdar həkim,

prezident təqaüdçüsü

GİRİŞ
Artıq bizim üçün yaxın keçmişə çevrilən XX əsr nə qədər qəribə olsa da, elmi-texniki tərəqqinin hesabına özünün geniş miqyaslı məhvedici fə­la­kət və qəzalarına görə ikinci minilliyin ən gərgin yüzilliyi hesab olunur. Ötən yüzilliyin texniki qəzaları, aerokosmik, suda və su altında baş verən qə­za­lar, eko­loji partlayışlar, nüvə fəlakətləri bəşəriyyəti daha tez-tez eks­tre­mal və­ziy­yətdə ya­şa­mağa məhkum etmişdir.

Müasir həyatımızın mənzərəsi bizi bir sıra iqtisadi, si­ya­­si, sosial, psi­xo­loji durumlarla yaşamağa tədricən hazır­la­yır. Həyatımızın müəyyən mər­hə­ləsində iq­ti­sadi böhran­larla, sosial problemlərlə, psixoloji uyğun­suzluq­lar­la üzləşərək, qey­ri-adek­vat hadisələrə cavab verməyə çalışırıq. Nəticədə eks­tre­mallıq və­ziyyəti ak­tu­allığı ilə seçilməyə başlayır.

Yaşadığımız mühitin hər bir anı gərgin hadi­sə­lərlə zən­gindir. Təbiət hadisələrində, sosial part­layış­lar­da, iqtisadi və­ziy­yətlərdə, gü­zəranımızda mü­şa­­­hidə edilən müxtəlif səpkili eks­­tre­mal durumlar bizi onlarla birlikdə yaşamağa məcbur edir.

Təbii ki, hər bir insan üçün qeyri-adekvat vəziyyətlər özünəməxsus for­mada dərk edilir və yaşanılır. Çox hal­larda bu anlayış gündəlik həya­tımız­la bağlı olur. Ekstremal vəziyyətin ək­sər hallarda insan amilindən asılı olma­sı isə insanın psi­xo­fi­zioloji, fərdi psixoloji xüsusiy­yətlərinin tam təhlilinin ve­ril­mə­sini labüd edir. Bəs bu cür hallar hansı sənət sahə­lərində, iş xü­su­­siy­yətlərində mü­şahidə edilir? Yer üzərində risk amili ilə, gər­gin işlə bağlı çoxlu sayda sənət, peşə, ixtisas var­dır. Lakin pilot peşəsi digər peşələrdən ən yüksək risk, gər­gin iş şəraiti, bö­yük məsuliyyət hissi ilə seçilir. Təyyarənin ida­rə e­dil­mə­sinə, sərnişinlərin tam təhlükəsizliyinə, dövlət əhə­miy­yətli məsə­lələ­rin yerinə yetirilməsinə və bir sıra zəruri mə­sələlərin həyata ke­çi­­ril­məsinə bütün­lüklə cavab­deh­lik daşı­yan bu peşə özünə­məx­susluğu ilə insanın ida­rə etdiyi bütün fəa­liy­yət sahələ­rindən seçilir.

Bilik və intuisiyaların, iradi akt və spontan qərarların, intellektual və fizi­ki işin çətinlikəri ilə formalaşmış uçuş heyəti üzvlərinin peşəkar hazır­lı­ğı da­im diqqət mərkə­zindədir. Son illərin ekstremal hadisələrinin təhli­li on­la­rın böyük əksəriy­yətinin uçuş heyətinin səhv hərəkət­lərindən, peşəkar hazırlı­ğının­ olmamasından və s. səbəblərdən baş verdiyini üzə çıxarır. Baş verən aviasiya ha­di­sələ­rinin sa­yı isə demək olar ki, artır və bu da aviasiya hadi­sə­lərində insan ami­linin tədqiq olunmasını aktual edir. Elə məhz bu sə­bəb­dən də təsadüfi de­yil ki, insan amilinin öyrənilməsi mütə­xəs­sis­lə­rin diqqətini daha çox özü­nə cəlb edir.

Hələ 1944-cü ildə Çika­qo Kon­ven­­siyası əsasında ya­ran­mış Beynəlxalq Mülki Aviasiya Təşkilatı (In­ter­nati­onal Civil Aviation Organization - ICAO) 80% aviasiya hadi­sə­lərinin insan ami­lindən asılı olduğunu təsdiq etmişdir. Müasir döv­rü­müzdə dünya dövlətləri tərəfindən aparılan aviasiya hadi­sələrinin tədqiqi bu göstəricini diqqət mərkəzində sax­­­la­ya­raq onun hansı amillərlə şərtlən­di­yi­ni öyrən­mə­yə ça­lışır.

Dünyanın ən dəhşətli aviasiya qəzası hesab olu­nan, 27 mart 1977-ci ildə Tenerif adasında Los-Rodeos aeroportunun uçuş-enmə zolağında iki Boeing-747 sərnişin təyyarəsinin toqquşması nəticəsində 583 nəfərin ölümü ilə nə­ti­cələ­nən qəza hadisəsinin bilavasitə in­san amili ilə bağlı olduğu qeyd edilir. Dünya təc­rü­bə­sində aviasiya qəzalarının təhlili bu kateqoriya aviasiya hadi­sə­lə­rinin tədricən artdığını göstərir.

Son illər mütəxəssislərin, tədqiqatçıların tədqiq et­dik­­ləri insan amili prob­lemi ekstremallıq vəziyyətinin təhlili baxımın­dan çox ciddi diqqət tələb edən və xüsusi araşdırılmaya ehti­ya­cı olan ən ak­tual bir prob­lem­dir.






  1. Yüklə 440,43 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin