Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri. Mülki müdafiə üzrə idarəetmə. Mülki müdafiə qərargahları və onların əsas vəzifələri



Yüklə 44,65 Kb.
səhifə13/17
tarix12.01.2023
ölçüsü44,65 Kb.
#78993
1   ...   9   10   11   12   13   14   15   16   17
MM və İTY müh 1.pptx

Qarşılıqlı fəaliyyət dedikdə, müxtəlif təyinatlı dəstələrin eyni yerdə və eyni vaxtda
birgə işləyərək eyni məqsədə nail olmaq üçün
bir-birinə yardım göstərməsi nəzərdə tutulur.
Bu hər bir qüvvənin fəaliyyətini daha da səmərəli etmək üçündür. Qarşılıqlı fəaliyyət
adətən, ən əsas vəzifəni (məsələn, insanların xilas edilməsi işlərini) yerinə yetirən bölmələrin dəstəklənməsinə yönəldilir.
Qarşılıqlı fəaliyyəti Mülki Müdafiə rəhbəri təşkil etməli və bunun üçün qüvvələrin fəaliyyət qaydalarını, onların arasında rabitə, məlumat mübadiləsi üsullarını, ümumi siqnalları və s.
bütün qüvvə komandirlərinə izah etməlidir.
İcraya nəzarət zamanı ilk növbədə elə tədbirlərin həyata keçirilməsinə diqqət yetirmək
lazımdır ki, tapşırığın yerinə yetirilməsi daha çox həmin məqamdan asılı olsun
Nəzarət, həmçinin qabaqlama xarakteri daşımalıdır ki, sərəncam və göstərişlərin
yanlış icrasının qarşısı vaxtında alınsın və icraçılara kömək göstərilsin.
Mülki Müdafiə rəhbəri icraya şəxsən və Mülki Müdafiə qərargahının vasitəsilə nəzarət edir.
Bütün hallarda Mülki Müdafiə qərargahının vəzifəsi – tabelikdəki şəxslərin sərəncam, göstəriş və siqnalların vaxtında aldığına, düzgün başa
düşdüklərinə, tədbirlərin vaxtında və tam həcmdə yerinə yetirilməsinə, icraçıların qərar və fəaliyyətinin verilən tapşırıqlara uyğun gəlməsinə nəzarət etməkdir.
Mülki Müdafiə sistemində rabitənin və xəbərdarlığın təşkili Rabitə – idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir.
Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil.
Mülki Müdafiənin rabitə sistemi mövcud olan bütün rabitə qüvvə və vasitələrinin, o cümlədən də obyekt daxili rabitə şəbəkəsinin vahid
təşkilati-texniki birliyinə deyilir. Belə sistem
ümumdövlət və sahə rabitə xətlərindən, radio və
məftilli rabitə qovşaqlarından və stansiyalarından, eləcə də Mülki Müdafiə qərargahlarının tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə edilməklə yaradılır.
Rabitə-yuxarı təşkilatın rəhbəri, tabelikdəki qüvvələr və qonşular, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşkil edilir.
Rabitə sistemi, daim hazır vəziyyətdə saxlanmalı, məlumatların etibarlı, fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verməlidir.
Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə qovşaqlarını əvvəlcədən yaratmaq, bütün rabitə
vasitələrindən kompleks halında istifadə etmək, eləcə də rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır.
Rabitə xidmətini icra etmək üçün obyektlərdə, eləcə də Mülki Müdafiə
qüvvələrində rabitə qrupları və manqaları
yaradılır. Onların təşkilati strukturu, şəxsi
heyətin sayı və avadanlıqla təchizat normaları yuxarı rəhbər tərəfindən müəyyən edilir.
Naqilli rabitə əsas rabitə növüdür və yüksək keyfiyyətli rabitəni təmin edir. (danışığın
əlverişli qaydada aparılmasını, informasiyanın
tez və dəqiq verilməsini və s.) Naqilli rabitədən
– rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin) rəhbərliyi ilə obyektin sığınacaqları, müşahidə postu, iş yerlərindəki sex və şöbə rəisləri və
obyektin Mülki Müdafiə xidmətləri ilə əlaqə saxlamaq üçün istifadə edilir.
Radiorabitədən – obyektdə, adətən Mülki
Müdafiə rəhbərinin radioşəbəkəsi təşkil edilir, buraya dəstə komandirlərinin
radiostansiyaları qoşulur. Obyekt Mülki Müdafiə rəhbərlərinin radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə
daxil edilir. Radiorabitədən xüsusən yürüş
zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.

Yüklə 44,65 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin