Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri. Mülki müdafiə üzrə idarəetmə. Mülki müdafiə qərargahları və onların əsas vəzifələri


Vəziyyətin (şəraitin) təhlil edilməsi və qiymətləndirilməsi



Yüklə 44,65 Kb.
səhifə12/17
tarix12.01.2023
ölçüsü44,65 Kb.
#78993
1   ...   9   10   11   12   13   14   15   16   17
MM və İTY müh 1.pptx

Vəziyyətin (şəraitin) təhlil edilməsi və qiymətləndirilməsi.

Mülki Müdafiə rəhbəri yaranmış vəziyyəti qiymətləndirərkən bu məsələləri araşdırıb dəqiq öyrənməlidir:
tapşırılmış işləri hansı şəraitdə (radiasiya və kimyəvi
şərait, hava şəraiti, ilin fəsli, gecə və ya gündüz və s.) yerinə yetirmək lazım gələcəkdir və bu şərait işlərin gedişatına necə təsir göstərə bilər? tabeliyindəki qüvvələrin imkanları (heyəti, miqdarı, təchizatı, iş qabiliyyəti və s.) necədir?

  1. Qərarın qəbul edilməsi.

Mülki Müdafiə rəhbəri tapşırığın icrasını təşkil etmək üçün qərar qəbul edərkən aşağıdakıları müəyyənləşdirir: tabeliyindəki qüvvələrin fəaliyyətinin əsas mahiyyətini (görüləcək işlərin həcmi və
ardıcıllığı, işə hansı qüvvə və vasitələr cəlb
olunacaq, hansı məsələyə xüsusi diqqət
yetirilməlidir və s.);
hər bir dəstənin, bölmənin konkret vəzifələri və onun icra müddətləri;
digər qüvvələrlə (qonşularla) qarşılıqlı fəaliyyət qaydası;
işlərin təchizatı və təminatı üzrə görüləsi tədbirlər;
iş prosesində idarəetmə necə təşkil ediləcək.
Qərar qəbul etmək idarəetmə prosesinin ən çətin və məsuliyyətli mərhələsidir. Obyekt
rəhbərinin vəzifə üzrə bilikləri, iş təcrübəsi, təşkilatçılıq bacarığı və liderlik qabiliyyəti təzahürünü məhz bu mərhələdə tapır.
Rəhbər qərar qəbul edəndən sonra icraçıları əməli işə cəlb etmək üçün öz qərarını onlara əmr formasında elan edir.
4. Tabelikdəkilərə tapşırıqların verilməsi.
Vəziyyətdən asılı olaraq tabelikdəkilərə tapşırıqlar əmr və ya sərəncam formasında yazılı, yaxud, şifahi olaraq, şəxsən ya da
qərargah vasitəsilə çatdırılır. Mülki Müdafiə rəhbərinin verdiyi bütün şifahi əmr və göstərişlər qərargahda yazılı surətdə rəsmiləşdirilib qeydə alınır.
Əmr qısa və aydın olsun deyə müəyyən edilmiş ardıcıllıqla yazılır:
1-ci bənddə – baş vermiş fövqəladə hadisənin növü, yeri, miqyası və nəticələri;
2-ci bənddə – fəlakətin nəticələrini aradan qaldırmaq və əhaliyə yardım göstərmək üçün cəlb olunan qüvvələrin tərkibi, sayı və xilasetmə işlərinin başlanma vaxtı;
3-cü bənddə – «Əmr edirəm» ifadəsindən sonra, Mülki
Müdafiə qərargahına, hər bir Mülki Müdafiə xidmətinə, qüvvəsinə tapşırıq verilir və icra müddətləri göstərilir;
4-cü bənddə – işlər aparılan dövrdə Mülki
Müdafiə rəhbərliyinin yerləşəcəyi İM-in yeri və icra barədə məlumat təqdim etmək qaydası;
5-ci bənddə – icra dövründə Mülki Müdafiə rəhbərinin müavinləri kimlərin təyin edildiyi göstərilir və əmr imzalanır.
Əmr icraçılara çatdırılandan sonra Mülki
Müdafiə rəhbəri və qərargahının ən vacib vəzifələri – tabelikdəkilərin işlərini hərtərəfli
təmin etmək, müxtəlif dəstələrin qarşılıqlı fəaliyyətini təşkil etmək, eləcə də
tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət etməkdir.

Yüklə 44,65 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin