Mülki Müdafiə qərargahları və onların əsas vəzifələri. Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi qarşısında bir sıra mühüm vəzifələr durur.
Bu vəzifələri həyata keçirmək üçün, Respublikanın nazirliklərində, komitələrində, baş idarələrində,
təsərrüfat obyektlərində, tədris müəssələrində və Mülki Müdafiə qərargahları yaradılır.
Mülki Müdafiə qərargahları aşağıdakı kimi təşkil edilir: Azərbaycan Respublikası Fovqəladə Hallar
Nazirliyinin tərkibində Mülki Müdafiə işinin
Təşkili Baş İdarəsi və qoşun hissələri;
Nazirliklərin, Dövlət Komitələrinin, Baş
İdarələrin Mülki Müdafiə qərargahları;
Şəhər (rayon) İcra Hakimiyyəti başçılarının aparatı nəzdində Mülki Müdafiə qərargahları; Birliyin, idarənin, təşkilatın, müəssisənin və təsərrüfat obyektinin nəzdində Mülki
Müdafiə qərargahları;
Yerlərdə – idarənin müvafiq şöbəsi, bölməsi, xidməti, qrupu hüququna malik Mülki Müdafiə qərargahları.
Regional şöbələr bilavasitə Mülki Müdafiənin təşkili baş idarəsinin rəisinə tabedirlər və
bütün inzibati rayonları əhatə edən müvafiq zonalarda (Bakı, Sumqayıt, Gəncə,
Mingəçevir, Şirvan, Ağdam, Cəbrayıl,
Şamaxı, Lənkəran və Naxçıvan) Mülki
Müdafiə orqanlarının fəaliyyətini əlaqələndirir və ona nəzarət edirlər.
Kənd rayonlarının Mülki Müdafiə qərargahları əlavə olaraq kənd təsərrüfatı
heyvanlarının, bitkilərinin, bitkiçilik və heyvandarlıq məhsullarının, ərzaq
xammalının və yemlərin radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələrdən müdafiəsi
üzrə tədbirləri müəyyənləşdirir, planlaşdırır və həyata keçirilməsinə nəzarət edirlər.
Qərargahların əsas vəzifələri aşağıdakılardır: Dinc dövrlərdə:
Mülki Müdafiə planlarını hazırlamaq və onu təhlil etmək;
Mülki Müdafiə üzrə əhalinin hazırlığını təşkil etmək;
İdarəetmə, rabitə və xəbərdarlıq sistemlərini yaratmaq və onların fasiləsiz işləməsini təmin etmək.
Fövqəladə hadisə zamanı:
Rəhbər heyəti, Mülki Müdafiə qüvvələrini və bütün əhalini yaranmış vəziyyət haqqında xəbərdar etmək;
Xilasetmə işlərini görmək üçün Mülki
Müdafiə qüvvə və vasitələrinin qruplaşmalarını təşkil etmək;
Mülki Müdafiə kəşfiyyatını və dozimetrikkimya nəzarətini təşkil etmək;
Yaranmış vəziyyətdən nəticə çıxarmaq, vəziyyət barədə qonşu rayon və obyektləri xəbərdar etmək;
Hərtərəfli təchizatı təşkil etmək;
Məxfilik rejiminin saxlanması və xidməti sirrin qorunması tədbirlərini həyata keçirmək.
Mülki Müdafiə qərargahları əsas diqqəti
Mülki Müdafiə tədbirlərinin vaxtında yerinə yetirilməsinə yönəltməlidir. Bu tədbirlər
kollektiv mühafizə qurğularının tikilməsi, fərdi mühafizə vasitələri fondunun
yaradılması, Mülki Müdafiə qüvvələrinin
təşkili, onların hazırlığı, fövqəladə hadisələr zamanı obyektlərin sabit işinin təşkilindən ibarətdir.
Hər bir qərargah, bütün Mülki Müdafiə tədbirlərinin yerinə yetirilməsini istənilən
şəraitdə təmin etməyə qadir olan yığcam və intizamlı kollektiv olmalıdır.
Yuxarı instansiyada duran qərargahların yüksək tələbkarlığı və dəqiqliyi tabelikdə
olan qərargahlara nümunə olmalıdır. O, öz
vaxtının çox hissəsini (70%) tabeliyində olan qərargahlara və Mülki Müdafiə qüvvələrinə sərf etməlidir.
Qərargahın tərkibi obyektin ştat üzrə işçilərindən yaradılır və obyekt rəhbərinin əmri ilə rəsmiləşdirilir.
Qərargah işçilərinin tərkibi obyektin xüsusiyyətindən, tabeçiliyindən və işçilərin sayından asılıdır.