Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,73 Mb.
səhifə44/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   40   41   42   43   44   45   46   47   ...   90
Mülki müdafiə-converted

Deqazasiyaxlorlu əhəng, xloramin B və T, hipoxlorid turşusunun kalsium duzlarından ipriti neytrallaşdırmaq üçün istifadə edilir. Deqazatorlar ipriti sulfoksid və başqa maddələrə çevirir.
Lyuizit – Asetilenin alüminium xlorid AlCl3 iştirakında arsenxloridlə təsirindən (AsCl3) lyuizit alınır. Lyuizit üç maddənin birləşməsindən ibarət olub rəngsiz, yağlı maye halındadır və xoşagəlməz iyə malikdir. Xüsusi çəkisi 1,9 q/sm3, qaynama temperaturu 930 C , mənfi 150 C-də bərk kütləyə çevrilir, uçucu maddədir, onun buxarları da insanları zəhərləyə bilir. Suda çətin, üzvi həlledicilərdə yaxşı həll olur.
Cl CH CH AsCl2 (Cl CH CH)2 AsCl (Cl CH CH)3 As
β-xlorvinildixlorarsin di – (β-xlorvinil)-xlorarsin tri – (β-xlorvinil)arsin
(α-lyuizit ) (β-lyuizit) (γ-lyuizit)
Zəhərlənmə təsirinə görə lyuizit ipritə oxşardır, ancaq onun özünün də xüsusi əlamətləri vardır. Bunlardan əsası odur ki, lyuizitin gizli inkişaf dövrü yoxdur. Lyuizit dəriyə düşdükdə həmin an yandırma hiss olunur, sonra qızartı və şiş əmələ gəlir, köpün əmələ gəlmə mərhələsi 2-ci günün sonuna kimi qurtarır. Sonra köplər açılaraq yara əmələ gətirir. Lyuizitin buxarları ilə nəfəs aldıqda əvvəlcə yuxarı tənəffüs orqanları zədələnir, sonra öskürək və burundan su axma kimi əlamətlər olur. Yüngül zəhərləmələrdə belə hallar bir necə saat, ağır hallarda isə bir necə sutka davam edir. Ağır zəhərlənmələr ürəkbulanma, baş ağrıları, səsin batması, qusma və bronxların iltihabı ilə nəticələnir.
Lyuizitin damcıları gözə düşdükdə 7-10 sutkadan sonra insan görmə qabiliyyətini itirir.
Lyuizit mədə-bağırsaq traktına düşdükdə ürəkbulanma, qan təzyiqinin aşağı düşməsi halları olur və daxili orqanların zədələnməsi inkişaf edir.
Tənəffüs orqanlarının və mədə-bağırsaq traktının zəhərlənməsində təcili tibbi yardım çağırmaq və bütün hallarda sanitar təmizlənmə aparmaq lazımdır.
İlk yardım: əgər lyuizitin damcıları geyim və yaxud dəri üzərinə düşərsə, zəhərlənmiş sahəni fərdi kimya əleyhinə paketdə olan məhlul, yaxud xloramin məhlulu ilə deqazasiya etmək lazımdır. Gözlərə bu ZM – rin damcıları düşdükdə onları 2%-li soda məhlulu və ya zəif (0,1%-0,2%) xloramin məhlulu ilə yaxalayırlar.

    1. Yüklə 0,73 Mb.

      Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin