Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


DƏRİDƏ YARA ƏMƏLƏ GƏTİRƏN ZM



Yüklə 0,73 Mb.
səhifə43/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   39   40   41   42   43   44   45   46   ...   90
Mülki müdafiə-converted

3. DƏRİDƏ YARA ƏMƏLƏ GƏTİRƏN ZM
İprit – kimyəvi adi – dixlordietilsulfid, aşağıdakı sxem üzrə alınır:

2CH2 O 2HCl 2CH2OH Na2S S CCHH22 CCHH22OOHH -22HHC2Ol S CCHH22 CCHH22CCll


CH2 CH2Cl -2NaCl
İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir.
Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir.
Toksiki xassələri: İprit orqanizmə hərtərəfli təsir göstərir. O, mayedamcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4-24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2-3 gündən sonra kiçik köplər əmələ gəlir və bu köplər getdikcə böyüyür və 3-5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur.
Əgər iprit buxarları gözə düşərsə, 2-4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir.
İprit buxarları tənəffüs yollarına düşdükdə 4-12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.
İprit mədə-bağırsaq yollarına düşdükdə 30-60 dəqiqədən sonra mədədə kəskin ağrılar başlayır, ürəkbulanma və qusma baş verir. Mədəbağırsaq zəhərlənmələri çox halda ölümlə nəticələnir.
İprit gizli təsir dövrünə malikdir və onun müddəti zəhərli maddənin dozasından, fərdi hissiyyatdan və xarici mühitin temperaturundan asılıdır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin