Qismən sanitariya təmizliyi yaranmış vəziyyətdən asılı olaraq zəhərlənmə ocaqlarında və zəhərlənmə ocaqlarından çıxdıqdan sonra insanların özləri tərəfindən keçirilir. Qismən sanitariya təmizliyi keçirirərkən aşağıdakı ardıcıllığa riayət etmək lazımdır:
A) Zəhərlənmə ocaqlarında:
isladılmış dəsmal və ya tampon ilə əlləri (əlcəkləri) və əleyhqazın səthini silməli.
B) Zəhərlənmə ocağından çıxdıqdan sonra:
dəri səthinin mühavizə vasitələrini ehtiyatla çıxarmalı (bu zaman əleyhqaz çıxarılmır);
arxası küləyə tərəf durub üst paltarı çıxarmalı;
çıxarılmış üst paltarı (geyimi) kəndirdən (ipdən) asıb şotka və ya süpürgə ilə radioaktiv tozları süpürməli, əleyhqazın çantasını təmizləməli və üzlük hissəsini isladılmış əski ilə silməli;
əleyhqazı çıxarıb əlləri, üzü, gözləri yaş dəsmalla silməli, ağız-burun boşluğunu təmiz su ilə yaxalamalı.
Qismən sanitariya təmizliyindən sonra bədənin zəhərlənmə dərəcəsi təhlükəsiz normadan yəni 50mkr\saat-dan artıq olarsa tam sanitariya təmizlənməsi keçirilir.
Tam sanitariya təmizlənməsi – bədənin hər yerinin radioaktiv və zəhərləyici maddələrdən həmçinin bakterial vasitələrdən təmizlənməsinə deyilir. Tam sanitariya təmizlənməsi hamamlarda, duşxanalarda, təmiz su hövzələrində ya da xüsusi düzəldilmiş səyyar yuyunma məntəqələrində həyata keçirilir və alt paltarları mütləq dəyişdirilir.
Təhlükəsiz radiasiya dozaları:
sülh dövründə təhlükəli obyektlərdə işləyənlər – bir il ərzində 5R. (həmin obyektlərin yaxınlığında yaşayanlar bir il ərzində 0,5 R).
müharibə dövründə bir dəfəlik doza 4 gün ərzində 50 R, çoxdəfəlik dozalar: bir ay ərzində 100 R, üç ay ərzində 200 R, bir il ərzində 300 R təşkil edir.
5. Elektromaqnit impulsu Nüvə partlayışlarından istiqamətlənən elektromaqnit sahəsinə elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsun yaranması Komptonov (ingilis alimi) mexanizmi nəticəsinə əsaslanır. Nüvə partlayışı anında küllü miqdarda qamma kvantlar və neytronlar yayılır. Partlayışın qamma-kvantı, ətraf mühitin atomları ilə qarşılıqlı təsirdə, müsbət yüklü zəif ionlar və cəld elektronlar əmələ gətirir ki, bunlar da yeni qamma-kvantların törəmələri istiqamətində hərəkət edirlər.
Nəticədə ətraf mühitin bu boşluğunda sərbəst elektrik cərəyanı və yüklü sahə əmələ gəlir. Öz növbəsində cəld elektronlar mühitdə ionlaşaraq, müsbət yüklənmiş ionlar və zəif elektronlar yaradırlar. Nəticədə bu mühit elektrik keçirici olur. Elektrik sahəsinin təsiri altında, yaranmış cəld elektronların, zəif elektronlara qarşı hərəkətə başlamasından elektronlarda cərəyan keçiriciliyi yaranır.
Elektromaqnit impulsu radioelektron cihazlara və elektrotexniki avadanlıqlara (kabel və rabitə sistemi xətlərinə, idarəedilən cihazlara, elektrik təchizatına və digər qəbuledicilərə) məhvedici təsir göstərir. Bu cihazlarla işləyən insanların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu yüksək gərginliyi ilə insanları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlarından istifadə edilir.