Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,73 Mb.
səhifə38/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   34   35   36   37   38   39   40   41   ...   90
Mülki müdafiə-converted

Radioaktiv çirklənmə

Radioaktiv çirklənmə nüvə partlayışının digər məhvedici faktorlarından fərqli olaraq, insanları və ərazini uzun müddət öz təsiri altında saxlayır. Radioaktiv çirklənmənin mühüm xüsusiyyətlərindən biri odur ki, onu nə iyinə nə də dadına görə təyin etmək mümkün deyil. Onu ancaq xüsusi doza ölçən cihazların köməyi ilə təyin etmək olur.
Radioaktiv çirklənmənin əsas mənbəyi – nüvə partlayışının bölünən hissələridir. Nüvə bölünməsi prosesində böyük miqdarda müxtəlif maddələrin mürəkkəb qarışığı əmələ gəlir. Bu qarışıqlar Mendeleyev dövri sisteminin orta hissəsində yerləşən 35 kimyəvi elementin 200 izotopunu özündə birləşdirir.
Radioaktiv çirklənmənin mənbəyini bölünən nüvə hissəcikləri və radioaktiv enerji təşkil edir.
Nüvə partlayışı zamanı çoxlu radioaktiv maddələr yaranır və bu maddələr yerə çökərək ərazinin zəhərlənməsinə səbəb olur. Nüvə partlayışı baş verəndən sonrakı anlardan radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz- torpağı göyə qaldırır və onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz -torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür, qalan hissəsi isə buludun tərkibində qalıb hava axınları vasitəsi ilə partlayış mərkəzindən yüzlərlə km. məsafələrə aparılır.
Radioaktiv zəhərlənmənin dərəcəsi ilk növbədə partlayışın gücündən və növündən asılıdır. Bundan əlavə partlayışdan sonra keçən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, meteoroloji şəraitdən, küləyin istiqamətindən və yerin relyefindən asılı olur.
Yerin radioaktiv çirklənməsi radiasiya səviyyəsi ilə xarakterizə olunur və R\saatla ölçülür. Radiasiya səviyyəsi – insanın həmin ərazidə bir saat qaldığı müddət ərzində aldığı şüalanma dozasını göstərir. Radiasiya səviyyəsi 0,5R\saat və ondan çox olan yerlər zəhərlənmiş ərazilər sayılır.
Yerin radioaktiv zəhərlənməsinin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, radioaktiv maddələrin təbii surətdə parçalanması nəticəsində radiasiyanın səviyyəsi aşağı düşür. Vaxt 7 dəfə artdıqca radiasiya səviyyəsi 10 dəfə azalır.
Radioaktiv çirklənmədən mühafizə olunmaq üçün sığınacaqlardan və radiasiya əleyhinə daldalanacaqlardan, həmçinin fərdi mühafizə vasitələrindən istifadə etmək lazımdır. Bədənin səthini radioaktiv çirklənmədən adi paltarlarla da mühafizə etmək mümkündür.
İnsanların paltarları, ayaqqabıları və bədəninin radioaktiv maddələrdən təmizlənməsi sanitariya təmizlənməsi, texnikanın, ərzağın, suyun, habelə müxtəlif səthlərdən radioaktiv maddələrin kənar edilməsi isə dezaktivasiya adlanır. Bunların hamısı xüsusi təmizlik tədbirləri adlanır.
Dezaktivasiyanı iki üsulla –fiziki və fiziki-kimyəvi üsulla yerinə yetirmək olur. Fiziki üsul – radioaktiv maddələri səthlərdən silmək, süpürmək, çırpmaq, yumaq və zəhərli üst qatı qazımaqla yerinə yetirilir. Fiziki-kimyəvi üsul – zəhərli səthləri turşu, qələvi və ya adi yuyucu maddələrin məhlulları ilə yuyub təmizləməkdən ibarətdir. Xüsusi təmizlik öz növbəsində əhalinin qismən və tam sanitariya təmizliyinə bölünür.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin