Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Mühafizə və ilkin yardım tədbirləri



Yüklə 0,73 Mb.
səhifə51/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   47   48   49   50   51   52   53   54   ...   90
Mülki müdafiə-converted

Mühafizə və ilkin yardım tədbirləri. Tənəffüs üzvlərini və gözləri ammonyakın təsirindən mühafizə üçün xüsusi süzücü sənaye əleyhqazlarından istifadə etmək lazımdır. Ammonyakın konsentrasiyası 2,3 mq/l olarkən əleyhqazın mühafizə etmə müddəti 240 dəqiqədir. Yüksək (3,8 mq/l-dən artiq) konsentrasiyalarda – təcridedici KİP-8, İP-4,
İP-5 əleyhqazlarından istifadə etmək olar. Ammonyak buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərlənmə zonasından çıxarmaq, xlorformda 10%-li mentol məhlulu iylətmək, soda qarışdırılmış isti su içirtmək lazımdır. Tənəffüs pozularkən və ya dayanarkən – süni tənəffüs verilir. Gözlərə zeytun yağı damızdırmaq lazımdır, dəri səthi zədələnərkən – bu sahəni təmiz su ilə yuyur, sirkə, limon, çaxır və ya xlorid turşularının 5%-li məhlullarında islatma qoyulur.
Zərərsizləşdirmə üsulu. Ammonyakı zərərsizləşdirmək üçün 1:20 nisbətində sudan (1 kq ammonyak üçün 20 kq su) istifadə edilir. Xlor (Cl2) Xalq təsərrüfatının müxtəlif sahələrində xlordan geniş istifadə olunur. Kimya sənayesində xlor müxtəlif üzvi və qeyri-üzvi xlor tərkibli birləşmələr hazırlamaq üçün tətbiq edilir. İntektisid (həşəratqıran) maddələr, plastik kütlə materiallar, boyaqlar və dərman vasitələri, texniki – rezin hazırlanmasında, kağız sənayesində kağızın ağardılması və toxuculuq sənayesində parçaların ağardılması üçün xlor vacib əhəmiyyətə malikdir. Su təchizatı və kanalizasiya sistemlərin təmizləyici qurğularında da, içməli və tullantı suların təmizlənməsi və zərərsizləşdirilməsi üçün çoxlu miqdar xlor işlədilir.
Fiziki-kimyəvi xassələri: Xlor kəskin boğucu iyli yaşımtıl – sarı rəngli qazdır. Xlor yuxarı tənəffüs yollarına kəskin qıcıqlandırıcı təsir göstərir. Yüksək konsentrasiyalarda təsir zamanı ağciyər şişi inkişaf edir və tənəffüs mərkəzinin reflektor tormozlanması sayəsində ölümlə nəticələnə bilər.
Qaynama temperaturu 34,050C, sıxlığı – 3,214 q/l-dır, havadan 2,5 dəfə ağırdır. 5-6 atmosfer təzyiqlə sıxılarkən mənfi 350 C-də yaşımtıl-sarı rəngli yağlı maye halına düşür. Bir kiloqram maye xlor buxarlanarkən 316 litr qaz əmələ gəlir. Buxarlanma zamanı maye xlor su buxarları ilə birləşərək ağ duman yaradır. Xlor suda yaxşı həll olunur. Reaksiyalara çox tez qoşulur. Hidrogenlə 92,2-11,5% konsentrasiyalı qarışığı partlayış təhlükəsi törədir. Suda qismən hidroliz olunaraq HCl (hidrogen xlorid) və HClO (hipoxlorid) maddələrinə çevrilir. Demək olar ki, bütün kimyəvi elementlərlə birləşmələr yaradır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin