Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,73 Mb.
səhifə59/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   55   56   57   58   59   60   61   62   ...   90
Mülki müdafiə-converted

Yerüstü kəşfiyyat – ən dəqiq, daha dolğun kəşfiyyat növü sayılır və bütün MM qərargahları tərəfindən təşkil edilir.
Havadan kəşfiyyat – zədələnmə ocaqlarında, təbii fəlakət və qəza rayonlarında ümumi vəziyyəti tez aşkar etmək üçün təyyarə və ya helikopterlərdən aparılır.
Dənizdən (çaydan) kəşfiyyat – sahillərdə, limanlarda, oradakı qurğularda vəziyyəti öyrənmək məqsədilə aparılır, yüksək sürətli gəmilər və ya katerlər vasitəsi ilə icra edilir.

FH zamanı MM kəşfiyyatının əsas vəzifələri


MM sistemində aparılan kəşfiyyatda məqsəd güclü istehsalat qəzasından, təbii fəlakətdən və ya düşmən basqınından sonra yaranmış vəziyyət barədə dəqiq məlumatlar toplamaqdır. Bu məlumatlar MM rəhbərinə əhalinin mühafizəsini və xilasetmə işlərini təşkil etmək barədə düzgün qərar qəbul etmək üçün lazımdır.
Sülh dövründə MM kəşfiyyatının əsas vəzifələri:
− ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının radioaktiv, kimyəvi və bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;
− yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizodik vəziyyətə müntəzəm nəzarət etmək;
− güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermiş rayonlarda yaranan vəziyyəti aşkar etməkdir.
Müharibə dövründə düşmən basqınından sonra kəşfiyyatın vəzifələri :

− radiasiyanın səviyyəsi, zəhərləyici maddələrin konsentrasiyası və zəhərli hava buludunun yayılma istiqaməti ;
− zədələnmə ocağının hüdudları;
− xilasetmə və digər təxirə salınmaz işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə dəyişdiyi;
− mühafizə qurğularının və oradakı insanların vəziyyəti, onlara yardım göstərmənin yolları;
− kommunal energetika şəbəkələrinin və rabitə xətlərinin vəziyyəti;
− MM dəstələrinin və köçürülən əhalinin hərəkət edəcəyi marşrutlar;
− yanğın ocaqları və yanğının yayılma istiqaməti;

  • hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın zonalarının yaranıb-yaranmadığı barədə məlumatlar əldə etməkdir.

Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparılmalı, başlıcası isə topladığı məlumatlar dəqiq olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə nail olmaq üzün kəşfiyyat qüvvələrini əvvəlcədən komplektləşdirib işə hazırlamaq, onların fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin kəşfiyyatın müxtəlif növlərindən, üsullarından, qüvvə və vasitələrdən istifadə etmək lazımdır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin