Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fövqəladə hallar zamanı kəşfiyyatçılar müəyyən etməlidir



Yüklə 0,73 Mb.
səhifə60/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   56   57   58   59   60   61   62   63   ...   90
Mülki müdafiə-converted

Fövqəladə hallar zamanı kəşfiyyatçılar müəyyən etməlidir:
− MM qüvvələrinin qəza zonasına çatdırılmasının ən təhlükəsiz və qısa yolunu;
− binalarda, qurğularda, kommunal-enerji təsərrüfatında dağıntıların və həyat üçün təhlükənin dərəcəsini;
− dağıntıların təmizlənməsi, zərərçəkənlərin çıxarılması və onların köçürülməsi üçün əlverişli yolların mövcudluğunu;
− hava şəraitini və işlərin aparılmasına onun təsirini;
− mexanizasiya vasitələrindən istifadənin və partlayış işlərinin aparılmasının mümkünlüyünü;

  • hərəkət istiqamətində dağıntının xarakterini, dağılmış ərazilərin təqribi sahəsini və bu ərazilərdən keçidlərin və yolların salınması üçün ən səmərəli üsulları (iş həcmi ən az olan yollardan marşrut seçilir);

  • kommunal-təsərrüfat xətlərinin dağılması nəticəsində su basmış sahələrdə qəzanın aradan qaldırılması üçün görüləcək işlərin xarakteri və həcmini;

  • zədələnmiş bina və qurğulara baxış zamanı ilk növbədə daşıyıcı divarların və asılan konstruksiyaların (balkonların, karnizlərin) vəziyyətini;

  • sənaye müəssisələrindəki təzyiq altında olan və kimyəvi təhlükəli maddələr saxlanılan tutumların vəziyyətini;

  • binanın daxilinə baxış keçirərkən, orada qalan insanların yerlərini və s.

Təbii fəlakət rayonunda MM kəşfiyyatı aşağıdakıları müəyyən edir:
− fəlakət ocağının (rayonunun) sərhədlərini və qəzanın yayılma istiqamətlərini;
− təhlükə gözlənilən obyektləri və yaşayış məntəqələrini;
− insanların toplanma yerlərini;
− qəza zonasına texnikanın aparılması yollarını;
− zədələnmiş bina və qurğuların və orada xəsarət alanların sayını;
− texnoloji və kommunal-enerji sistemlərində qəza yerlərini;
− işlərin aparılması zamanı mexaniki vasitələrdən istifadənin mümkünlüyünü;
− görüləcək işlərin həcmini və s.
Texnogen qəzalar zamanı MM kəşfiyyatı aşağıdakıları müəyyən edir:
− dağıntıların xarakterini, dərəcəsini, xilasetmə və digər təxirəsalınmaz işlərin həcmini və fərdi mühafizə vasitələrindən istifadə etmədən tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü;
− şəraitin gərginləşməsinə səbəb ola biləcək dağıntıların miqdarını;
− insanların həyatı üçün yaranmış təhlükənin dərəcəsini və onların toplanma yerlərini;
− giriş yollarının vəziyyətini;
− sənaye və kommunal-enerji xətlərinin vəziyyətini;
− texnoloji qurğuların və inşaat konstruksiyalarının zədələnməsini.
Fövqəladə hadisələrdən sonra sənaye və digər obyektlərdə qəza xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında mühəndis kəşfiyyatı mühüm yer tutur.
Mühəndis kəşfiyyatı ştatlı mühəndis kəşfiyyat dozoru və ya mühəndis kəşfiyyatı manqası tərəfindən aparılır. Kəşfiyyatçıların təchizatı kəşfiyyat tapşırıqlarına uyğun həyata keçirilir.
Kəşfiyyat zamanı müşahidə aparılır, hadisə yerinə, oradakı əşyalara, iş aparılan sahəyə və obyektlərə, qurğuların vəziyyətinə bilavasitə baxış keçirilir.
Kəşfiyyat tapşırıqları verilən zaman dozora (manqaya) göstərilir: fəaliyyət göstəriləcək zonanın hüdudları; hərəkət marşrutu; çıxış məntəqəsindən keçmə vaxtı; kəşfiyyatın vəzifələri (hansı vaxtda, hansı məlumatları toplamaq, hansı məntəqəyə kimi kəşfiyyat aparmaq və kəşfiyyatın sona çatma vaxtı), ayrılmış nəqliyyat vasitələrinin sayı və kəşfiyyat məlumatlarının məruzə edilməsi qaydası.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin