Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,73 Mb.
səhifə57/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   53   54   55   56   57   58   59   60   ...   90
Mülki müdafiə-converted

Təbii Çiçək


Təbii çiçək – ağır yoluxucu xəstəlikdir. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, huşun depressiyasına səbəb olur. 2-3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur.
8-9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15-16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır. Xəstəliyin qanlı forması daha təhlükəlidir. Bu zaman içi qara qanla dolu tünd-qırmızı və qara-qırmızı rəngli çoxlu suluqlu səpki müşahidə olunur. Bu hal adətən ölümlə nəticələnir.

Taun


Taun – təhlükəli yoluxucu xəstəlikdir. Bu xəstəliyə insanlar yoluxdurulmuş gəmiricilərdən və birələrdən yoluxa bilərlər. Yoluxma gəmiricinin (birənin) dişləməsi, tənəffüs və həzm yolları vasitəsilə, xəstəlik törədicilərin zədələnmiş dəriyə və gözün selikli qişasına düşməsi nəticəsində baş verə bilər. Gizli dövr 2-6 gündür. Bu xəstəliyin törədiciləri taun çöpləridir. Çox vaxt qasıq nahiyəsindəki limfa düyünləri şişir, sonra irinləyir, müalicə etmədikdə yaralar açılır. 4-5 gündən sonra sepsis nəticəsində hərarət qalxır və xəstəliyin ağ ciyər forması inkişaf etməyə başlayır. Bu zaman pnevmoniya inkişaf edir və qısa zamanda epidemiya xarakteri ala bilər. Taun insandan insana hava-damcı yolu ilə keçir. Müalicə aparmadıqda ölümlə nəticələnir.

Botulizm


Botulizm toksini hazırda məlum olan bütün zəhərlərdən ən güclüsüdür. Onu çoxlu miqdarda həm maye, həm də quru halında istehsal etmək mümkündür. Botulizm toksini istiyə davamlıdır. Quru halda özünün zəhərliliyini uzun müddət saxlaya bilir ki, buda toksin ehtiyatı yaratmağa imkan verir. Toksinin dadı və iyi olmadığı üçün onu hiss etmək çətindir.
Botulizm toksini çox güclü zəhərləmə xüsusiyyətinə malikdir. İnsanların və heyvanların zəhərlənməsi əksər hallarda (90-100%) ölümlə nəticələnir. Ona görə də botulizm toksini düşmənin tətbiq edəcəyi bakterioloji silahın ən çox ehtimal edilən növlərindən biri hesab edilir.
Tulyaremiya
Tulyaremiya – insan və heyvanların tulyaremiya xəstəliyinə çox meylli olduqlarını, inkubasiya dövrünün qısa, xarici mühitdə törədicinin çox davamlı, yoluxmanın müxtəlif yollarla aparılmasının mümkün olduğunu, yoluxma nəticəsində xəstəliyin çox uzun və ağır keçdiyini nəzərə alaraq düşmən tərəfindən tulyaremiya törədicisinin bakterioloji silah kimi tətbiq edilməsi mümkündür. Heyvanların tulyaremiya ilə yoluxdurulması çox ciddi epidemioloji əhəmiyyətə malikdir. Tulyaremiya törədicisinin tətbiq olunmasını ilin istənilən vaxtında, müxtəlif sahələrdə, o cümlədən cəbhədən çox uzaq rayonlarında belə gözləmək olar. Tulyaremiya törədicisini tətbiq etmək üçün ən çox ehtimal olunan vasitə bakterioloji aerozoldur. Tulyaremiya törədicisinin bakterioloji aerozol vasitəsilə tətbiq etdikdə xəstəlik çox ağır formalarda: ağciyər və ümumiləşmiş formalarda yayılır. Törədici insan orqanizminə dəri, gözün selikli qişası, tənəffüs yolları və mədə-bağırsaq traktı vasitəsilə daxil olur. İnkubasiya dövrü 3-7 gündür. Adətən xəstəlik qəfil başlayır, üşütmə meydana çıxır, bədən temperature 38° - 40°C-yə çatır. Davamlı baş ağrısı, başgicəllənmə, halsızlıq, əzələ ağrıları, iştahsızlıq inkişaf edir.
Müalicə üçün antibakterial preparatlar (streptomisin, tetraskilin, levomisetin) mühüm yer tutur.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin