Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları



Yüklə 0,73 Mb.
səhifə58/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   54   55   56   57   58   59   60   61   ...   90
Mülki müdafiə-converted

Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları.
§10. Mülki müdafiə kəşfiyyatının təşkili və aparılması.
Kəşfiyyat – sülh və müharibə dövrlərində MM tədbirlərinin yerinə yetirilməsi üçün MM qüvvələrinin ən başlıca təminat növüdür.
Kəşfiyyat təbii və texnogen xarakterli fövqəladə hadisələr və düşmənin müasir qırğın silahlarından istifadəsi nəticəsində yaranmış vəziyyət barədə məlumatların əldə edilməsi məqsədilə bütün təbəqəli komandirlərin, qərargahların, hərbiləşmiş və hərbiləşdirilməmiş MM qüvvələrinin həyata keçirdikləri tədbirləri özündə əks etdirir.
Qarşıya çıxan tapşırıqların xarakterinə görə kəşfiyyat ümumi və xüsusi kəşfiyyat növlərinə bölünür.
Ümumi kəşfiyyat – fövqəladə hallar baş vermiş sahələrdə yaranan vəziyyət barədə dərhal ilkin məlumatlar əldə etmək üçündür.
Ümumi kəşfiyyat – qəzanın yerini, vaxtını, xarakterini, dağıntının dərəcəsini, dəyən maddi ziyanın miqdarını, xəsarət alanların və köməyə ehtiyacı olanların sayını, əhalinin mühafizəsi və xilas edilməsi üzrə vacib olan tədbirlərin görülməsini, müəyyən etmək məqsədilə təşkil olunur və aparılır.
Ümumi kəşfiyyat:
müşahidə;
− qəzaya məruz qalmış əraziyə (obyektə) baxış;
− zədə alanların axtarışı;
− müxtəlif planların (sxemlərin) öyrənilməsi;
− qəzanın baş verməsi barədə məlumatı olanlarla sorğunun keçirilməsi yolu ilə aparılır.
Kəşfiyyat aparılan zaman müxtəlif texniki vasitələrdən (durbin, kompas, şəkilçəkən, video aparatı və s.) istifadə edilə bilər.
Kəşfiyyat vəzifələrinin yerinə yetirilməsi üçün kəşfiyyatın qüvvə və vasitələri müxtəlif nəqliyyat vasitələrinin bazasında yerləşdirilə bilər.
Xüsusi kəşfiyyatı adətən MM xidmətləri təşkil edir. Bu zaman kəşfiyyat yerlərindəki konkret vəziyyət mütəxəssislər tərəfindən təfsilatı ilə öyrənilir, dəqiqləşdirilir, ümumiləşdirilir və MM qərargahına çatdırılır.
Xüsusi kəşfiyyat radiasiya, kimya, mühəndis, yanğın, tibbi və bioloji kəşfiyyat növlərinə bölünür.
Xüsusi kəşfiyyatin aparılması üçün kimyəvi kəşfiyyat dozoru (KKD), radiasiya və kimyəvi müşahidə postu (RKMP), mühəndis kəşfiyyat dozoru (MKD), yanğından mühafizə, tibbi, bioloji (bakterioloji) və digər MM xidmətlərinin kəşfiyyat orqanları cəlb oluna bilər. Yuxarı komandirin qərarı ilə yaranmış vəziyyət barədə məlumatların dəqiqləşdirilməsi üçün qərargahın zabit heyətindən də kəşfiyyat dozoru yaradıla bilər.
Xüsusi kəşfiyyatin qarşısında duran vəzifələr müşahidə aparılması, ətraf mühitə dozimetrik və kimyəvi nəzarətin təşkili, nümunələrin götürülməsi, analizin aparılması və digər üsullarla həyata keçirilir.
Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yerüstü kəşfiyyat, havadan kəşfiyyat və dənizdən (çaydan) kəşfiyyat növləri müəyyən edilmişdir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin