Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Mühəndis kəşfiyyatı müəyyən etməlidir



Yüklə 0,73 Mb.
səhifə61/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   57   58   59   60   61   62   63   64   ...   90
Mülki müdafiə-converted

Mühəndis kəşfiyyatı müəyyən etməlidir:
yollarda, körpülərdə və keçidlərdə dağıntıların xarakterini, dərəcəsini, həcmini və mexanizmlərdən istifadənin mümkünlüyünü;
− kommunal-enerji sistemlərində zədələrin xarakterini və yerlərini;
− su mənbələrinin vəziyyəti və onlardan istifadə olunmasının mümkünlüyünü;
− partlayış işlərinin aparılması şəraitini; − xilasetmə və digər təxirəsalınmaz işlərin həcmini və aparılması şəraitini.

Fövqəladə hallarda MM kəşfiyyatının təşkili və aparılması


Kəşfiyyatı təşkil etmək, bütün MM rəhbərlərinin, qərargahlarının və komandirlərinin vacib vəzifələrindən biridir.
Mülki müdafiə rəhbəri kəşfiyyatın konkret məqsədlərini, bunun üçün istifadə ediləcək qüvvələri, ilk növbədə hansı məlumatların toplanmasını və müddətlərini müəyyənləşdirir.
Kəşfiyyatın təşkil edilməsi üçün MM qərargahının rəisi məsuliyyət daşıyır, bu işin bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah rəisinin göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazırlayır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və ümumiləşdirir. Fəlakət rayonlarında, yaxud zədələnmə ocaqlarında yaranmış vəziyyət barədəki bu məlumatlar dərhal MM rəhbərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin tabelikdəki qərargahlara və bölmə komandirlərinə çatdırılır.
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd – kəşfiyyat planıdır. Kəşfiyyat planı müvafiq MM qərargahında əvvəlcədən tərtib edilir, yuxarı qərargahla razılaşdırılır və MM rəhbəri tərəfindən təsdiqlənir.
Plana obyektin sxemi və ya rayonun xəritəsi əlavə edilir. Orada idarəetmə məntəqələrinin, mühafizə qurğularının və kəşfiyyat bölmələrinin yerləri, bu bölmələrin fəaliyyət marşrutları və tapşırıqlarını yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti işarələrlə göstərilir. MM qərargahının rəisi bölmə komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda yaranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə məqsədlə aparıldığı, onun konkret vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq və kəşfiyyatın nəticələri barədə məlumat vermək qaydaları dəqiq göstərilir.
Kəşfiyyat dəstəsi təbii fəlakət və ya qəza nəticəsində, habelə düşmən basqınından sonra zədələnmə ocağında və hərəkət marşrutlarında yaranmış vəziyyəti öyrənmək məqsədi ilə göndərilir. Kəşfiyyat dəstəsi, onun komandirindən və bir neçə kəşfiyyat manqalarından ibarət olur. Hər manqa 500 m-dən – 800 m-dək zolaqda yaxud şəhərin 2-3 məhəlləsindən ibarət sahədə kəşfiyyat aparmaq üçün nəzərdə tutulur. Kəşfiyyat manqası fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları, kəşfiyyat jurnalı, qələm, xətkeş, hədd nişanları dəsti və fərdi dozimetr ilə təchiz edilir. Fəaliyyətə başlayarkən ona nəqliyyat və rabitə vasitələri, habelə hərəkət marşrutu və kəşfiyyat aparacağı obyektin sxemi verilir.
Zədələnmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyəsi 0,5 rentgensaatdan çox olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd nişanları vasitəsilə nişanlanır.
Zədələnməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda zəhərlənmənin növünü, səviyyəsini və ölçülmə vaxtını qeyd edir. Hədd nişanı yolun kənarında yaxşı görünən yerdə qoyulmalıdır. Manqa komandiri hərəkəti davam etdirərək marşrutun sxemində hər dəfə zəhərlənmə ölçülən yeri, zəhərlənmənin növünü və ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd edir və bu barədə radio rabitə vasitəsi ilə obyektin MM qərargahına məlumat verir. Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif sexlərdə, qurğularda, xüsusən də xilasetmə işləri aparılacaq sahələrdə zəhərlənmənin növünü və səviyyəsini (dərəcəsini) təyin edir, vəziyyətin dəyişməsinə nəzarət edirlər.
Kəşfiyyata başlamaq üçün çıxış məntəqəsinin yeri obyektin yaxınlığında təyin edilir. Burada dəstə komandiri vəziyyətlə tanış olub obyektdə kəşfiyyat aparmaq üçün manqalara tapşırıqlar verir. Kəşfiyyatçılar obyektin sexlərində, sığınacaqlarında, xilasetmə işləri aparılacaq yerlərdə yaranmış vəziyyəti – dağıntıların və yanğınların xarakterini, adamlar qalmış yerləri və s. öyrənir, zəhərlənmənin səviyyələrini ölçürlər. Belə yerlər, adətən əvvəlcədən müəyyən edilir və yuxarıda deyildiyi kimi, obyektin kəşfiyyat sxemində (planında) göstərilir.
Kəşfiyyat qurtardıqdan sonra kəşfiyyat manqası qərargaha gəlir, komandir vəzifələrin yerinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim edir. Bundan sonra o, lazımi hallarda şəxsi heyətin və avtomobilin zəhərlənmə dərəcəsini yoxlayır, ehtiyac varsa, xüsusi sanitar təmizləmə işlərini təşkil edir və qrupu yeni vəzifələrin icrası üçün hazırlayır.
Qəza yerlərində kəşfiyyat apararkən, havadan və torpaqdan nümunələr götürüb analizə göndərmək lazımdır. Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas vəzifələri bina və tikililərin nə dərəcədə dağıldığını, uçqunlar altında adamlar qalan yerləri və onların vəziyyətini, ikinci zədələnmə ocaqlarının (yanğın, daşqın, kimyəvi zəhərlənmə) yaranıb-yaranmadığını öyrənmək, qaz, su, elektrik şəbəkələrində qəzaların yerini, dərəcələrini, xilasetmə işlərinin növünü, həcmini və s. müəyyən etməkdən ibarətdir.
Daşqın və sel vaxtı kəşfiyyat bölmələri fəlakətli sahələrin hüdudlarını, yardıma ehtiyacı olan insanların, habelə kənd təsərrüfatı heyvanlarının qaldığı sahələri müəyyənləşdirir, daşqın zonasından çıxarılmalı maddi sərvətləri aşkar edir, üzmə vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır və s.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin