Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fəsil III. Mühafizə üsulları



Yüklə 0,73 Mb.
səhifə69/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   65   66   67   68   69   70   71   72   ...   90
Mülki müdafiə-converted

Fəsil III. Mühafizə üsulları.
§ 12. Kollektiv mühafizə qurğuları

Mühəndis mühafizə qurğuları


Mülki Müdafiəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan dövlət büdcəsi və yerli büdcələrin vəsaiti hesabına avadanlıq və rabitə vasitələri ilə təchiz edilmiş binalara və qurğulara Mülki Müdafiənin daşınmaz əmlakı deyilir.
Düşmən kütləvi qırğın silahlarından istifadə edərkən, mühafizə olunmağın üsullarından biri də əhalinin kollektiv mühafizə qurğularında yerləşdirilməsidir. Mühafizə qurğuları bir qrup insanın kollektiv halında qorunması üçündür.
Qoruyucu xassələrinə və istifadə edilməsi məqsədinə görə kollektiv mühafizə qurğularının müxtəlif növləri olur. Bunlar sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqlar və sadə daldalanacaqlardır.
Müasir sığınacaqlar insanları bütün silahların təsirindən, radiasiya əleyhinə daldalanacaqlar isə əsasən radioaktiv zəhərlənmədən, eləcə də düşmənin top-mərmi atəşlərinin təsirindən qorumaq üçündür.
Bunlardan əlavə evlərin zirzəmilərində və xüsusi olaraq düzəldilən üstü örtülmüş səngərlərdə və ya açıq xəndəklərdə də gizlənmək və qismən mühafizə olunmaq mümkündür. Bunlara sadə daldalanacaqlar deyilir. Belə daldalanma yerləri xüsusən sərhədboyu rayonlarda hər bir ailə üçün olmalıdır.
Mühafizə qurğularının quruluşu.
Sığınacaq adətən, adamlar yerləşən əsas otaqlardanyardımçı otaqlardan ibarət olur. Sığınacaqda dəhliz (tambur), ventilyasiya (hava dəyişmə), sukanalizasiya, elektrik təchizatı və isitmə sistemləri olur.
Dəhliz (tambur) sığınacağın giriş yolunun qarşısında düzəldilir və qurğuya giribçıxarkən onun adamlar yerləşən otaqlarına çöldən zəhərli hava keçməsinin qarşısını almaq üçündür. Dəhlizdə iki qapı olur: çöl qapıya qoruyucu-kipləşdirici, içəri qapıya isə kipləşdirici qapı deyilir. Çöldəki hava zəhərli olarkən sığınacaqdan çıxmaq lazım gəldikdə, adamlar əvvəlcə dəhlizə çıxaraq kipləşdirici içəri qapını çəkib kip örtməli, sonra qoruyucu çöl qapıdan çıxmalıdır, yəni sığınacağa girib-çıxarkən hər iki qapını eyni zamanda açmaq olmaz.
Sığınacağın qəza (ehtiyat) çıxış yolunun üzərində də qoruyucu və kipləşdirici qapaqlar düzəldilir.
Sığınacaqda ventilyasiya sistemi, havaçəkən və soyuducu tərtibatlar, toz əleyhinə süzgəclər, süzücü-ventilyasiya aqreqatı, havapaylayıcı və havasorucu tərtibatlar və digər avadanlıqlar olur.
Havaçəkən tərtibatlar – çöldən havanı sorub toz əleyhinə süzgəclərə və süzücüventilyasiya aqreqatına vermək üçündür. Sığınacaqda adətən iki belə tərtibat olur.
Əsas tərtibatın havaçəkən kanalı – qəza ehtiyat çıxış yolunda, ehtiyat tərtibatın havaçəkən kanalı isə pilləkən meydançasında yerləşdirilir.
Toz əleyhinə süzgəclərin təyinatı – sığınacağa verilən havanı radioaktiv tozdan təmizləməkdir.
Süzücü-ventilyasiya aqreqatı – çöldən havanı çəkmək, zəhərli maddələrdən təmizləyib otaqlara vermək və içəridə çöldəki atmosfer təzyiqinə nisbətən bir qədər artıq təzyiq yaratmaq üçün nəzərdə tutulmuşdur. Aqreqatın əsas hissələri klapanlar, baraban formalı uducu süzgəclər və elektrik-əl ventilyatorudur.
Süzücü-ventilyasiya aqreqatı, əsasən iki rejimdə: ventilyasiya rejimində – çöldən təmiz havanı içəriyə sormaq üçün və süzücü-ventilyasiya rejimində – çöldəki zəhərli havanı süzgəclərdə təmizləyib içəriyə vermək üçün nəzərdə tutulmuşdur.
Havapaylayıcı tərtibat – təmiz havanı sığınacağın otaqlarına verən nazik divarlı borular sistemindən ibarətdir.
Hava ötürücü tərtibat – işlənmiş havanı sığınacaqdan kənar edən qurğudur.
İçməli və digər ehtiyaclar üçün su, sığınacağa su kəmərindən verilir, həm də burada xüsusi qablarda su ehtiyatı saxlanılır.
Sığınacağın otaqlarını işıqlandırmaq üçün elektrik şəbəkəsindən, dizel aqreqatlarından, akkumulyatorlardan və digər vasitələrdən istifadə edilir.
Əsas otaqlarda adamların oturması üçün oturacaqlar və növbə ilə uzanmaq üçün 23 mərtəbəli taxtlar olur. Bunların sayını elə götürürlər ki, hər adam 7-8 saat uzanıb dincələ bilsin. Sığınacağa həmçinin reproduktor və telefon qoyulur, yanğın söndürən avadanlıq, qəza işləri üçün alətlər və s. yerləşdirilir. Ərzaq məhsullarını və su qablarını saxlamaq üçün sığınacağın divarlarında rəflər də düzəldilir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin